Icma.az
close
up
RU
Milyonluq PLAN: Bakıda mənzili olanları nələr gözləyir? Elə iddia yayıldı ki...

Milyonluq PLAN: Bakıda mənzili olanları nələr gözləyir? Elə iddia yayıldı ki...

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda mənzil sahibi olmaq getdikcə çətinləşir. Bəzi ekspertlər iddia edirlər ki, yaxın illərdə paytaxtda evi olan şəxslər faktiki olaraq milyonçu sayılacaqlar. Onların arqumentinə görə, Bakı tədricən daha varlı və bahalı şəhərə çevrilir. İddialara əsasən, mənzil qiymətləri kəskin artacaq, yaşayış xərcləri yüksələcək və şəhər daha elit məkana çevriləcək. Müqayisə üçün isə tez-tez Dubay və oxşar qlobal şəhərlərin nümunəsi göstərilir.

Bu fikirlər nə dərəcədə əsaslıdır? Doğrudanmı paytaxtda mənzil qiymətləri rekord həddə çata bilər?

Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, qiymətlərin bundan sonra əhəmiyyətli dərəcədə artacağını düşünmür:

“Alıcılıq qabiliyyəti anlayışı var. İnsanların gəlirləri bu səviyyədə artmayıb. Hazırda mənzil bazarındakı qiymət artımı daha çox söküntü işləri ilə əlaqədardır. Şəhərin mərkəzi hissələrində söküntü işləri aparılır və həmin ərazilərdə yaşayan insanlar kompensasiya aldıqdan sonra yenidən mənzil almaq məcburiyyətində qalırlar. Digər tərəfdən, ölkədə alternativ investisiya alətləri kifayət qədər inkişaf etməyib”.

Natiq Cəfərli

N.Cəfərlinin sözlərinə görə, Azərbaycanda mənzildən başqa geniş və əlçatan investisiya imkanları yoxdur:

“Qiymətli kağızlar bazarı yetərincə inkişaf etməyib, sabit dividend və ya gəlir gətirən digər maliyyə alətləri məhduddur. Bu səbəbdən vəsaiti olan şəxslər pullarını qorumaq üçün daşınmaz əmlak bazarına yönəlirlər. Bəziləri isə mənzil alaraq kirayəyə verməklə əlavə qazanc əldə etməyə çalışırlar. Əsas faktorlar bunlardır. Lakin Azərbaycanda, xüsusilə də Bakı şəhərində qiymətlərin bundan sonra da fantastik şəkildə artacağını söyləmək çətindir. Çünki bazarın müəyyən doyma həddi var. Bir müddətdən sonra alıcı sayı azalarsa, yüksək qiymətə mənzili kim alacaq?”

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Orucun fikrincə, səsləndirilən fikirlər həqiqəti əks etdirir:

“Bəli, ölkə iqtisadiyyatı böyüyür, manatın alıcılıq qabiliyyətində dəyişikliklər baş verir və ümumilikdə qiymət artımı müşahidə olunur. Bu artım həm ərzaq, həm yanacaq, həm də qeyri-ərzaq məhsullarında özünü göstərir. Bütün bunların fonunda daşınmaz əmlakın investisiya cəlbediciliyi də yüksək olaraq qalır. Hazırda daşınmaz əmlak investorlar üçün prioritet istiqamətlərdən biridir. Son beş ildə bu sahədə qiymət artımının baş verməsi də məhz bununla əlaqədardır. Xüsusilə pandemiya dövründə insanlar aktiv biznesin yüksək risklər daşıdığını gördülər. Passiv gəlir mənbələri isə daha sabit və uzunmüddətli qazanc imkanı təqdim edir. Bu baxımdan ən çox üstünlük verilən sahələr qızıl və daşınmaz əmlak oldu. Daşınmaz əmlakın əlavə saxlanma xərci yoxdur, fiziki olaraq mövcuddur, dəyəri zamanla artır və icarəyə verildikdə əlavə gəlir gətirir. Hər il müşahidə olunan artım tempi onu daha sərfəli investisiya alətinə çevirir”.

V.Oruc deyib ki, son beş ildə sektor üzrə orta illik qiymət artımı təxminən 10-15 faiz civarında olub:

“Lakin 2026-cı ildən etibarən, yeni layihələr, söküntülər, əlavə tikintilər və infrastruktur dəyişiklikləri aparılan ərazilər istisna olmaqla, ümumi bazarda əvvəlki illərdəki qədər yüksək artım tempinin olacağı gözlənilmir. “Bakıda evi olan milyonçu olacaq” kimi fikirlər daha çox bənzətmə xarakteri daşıyır. Müqayisələr aparılarkən bir sıra parametrlər nəzərə alınmır, müqayisə qüsurludur. Məsələn, Dubayla müqayisə doğru yanaşma deyil. Çünki Dubay inkişafının fərqli mərhələsindədir. Azərbaycan, o cümlədən Bakı isə özünəməxsus iqtisadi və tarixi inkişaf dövrünü yaşayır. Müharibədən sonrakı yenidənqurma layihələri, infrastrukturun genişləndirilməsi və iqtisadi transformasiya prosesi ölkənin inkişaf modelini fərqləndirir”.

Vüqar Oruc

Mütəxəssis qeyd edib ki, hazırda Bakıda bütün mənzillərin qiymətinin milyon manata çatması real görünmür:

“Bəli, milyon və ya milyona yaxın qiymətə təklif olunan evlər var, lakin bu seqment bazarın xüsusi və məhdud bir hissəsini təşkil edir. Eyni zamanda şəhər daxilində 150-250 min manat aralığında kifayət qədər mənzil mövcuddur və şəhər sərhədləri genişləndikcə təklif coğrafiyası da artır”.

Vüqar Oruc əlavə edib ki, qiymət artımı əvvəlki illərlə müqayisədə daha aşağı templə davam edəcək:

“2027-ci il isə daha çox selektiv, yəni müəyyən ərazilər və layihələr üzrə artımlarla yadda qala bilər. Ümumilikdə əmlak qiymətlərinin kəskin enişi gözlənilmir. Lakin hər hansı kataklizm – təbii fəlakət, maliyyə böhranı və ya devalvasiya baş verərsə, xarici valyuta ifadəsində qiymətlərdə azalma mümkündür. Manatla ifadədə isə artım davam edə bilər. Nəticə etibarilə, Bakının artıq “həddindən artıq bahalı şəhər” mərhələsinə keçdiyini söyləmək tezdir”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Fevral 2026 06:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see298

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see296

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see295

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see290

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see286

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see268

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see267

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see263

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see262

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see248

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see244

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see238

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see229

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see226

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see224

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see214

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see208

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see206

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri