Icma.az
close
up
RU
Milyonluq qalmaqal: əmlaklar hara yoxa çıxıb?

Milyonluq qalmaqal: əmlaklar hara yoxa çıxıb?

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Məlum olduğu kimi, ölkədə uzun müddətdir yol infrastrukturunda əhəmiyyətli paya malik olan “Azərinşaatservis” MMC müflis olub.

Globalinfo.az Tribuna.az-a istinadən xəbər verir ki, bu prosesin kənar müdaxilələr və yarıtmaz idarəçiliyin nəticəsində baş verdiyi qeyd edilir.

Bildirilir ki, müflis olduqdan sonra MMC-nin borclu olduğu kreditorlar müvafiq pul tələbləri ilə məhkəməyə müraciət ediblər. Nəticədə, məhkəmələr tərəfindən “Azərinşaatservis” MMC-yə qarşı çoxsaylı qətnamələr çıxarılıb və həmin qətnmalər icra edilməsi üçün aidiyyəti üzrə Binəqədi Rayon İcra Şöbəsinə göndərilib.

Qeyd edək ki, “Azərinşaatservis” MMC-nin balansında çoxlu sayda nəqliyyat vasitələri, texniklar, torpaq sahələri və ofis kimi istifadədə olan əmlaklar mövcud olub. Lakin MMC-də olan hərcmərclik, eyni zamanda MMC-yə nəzarət edən “Aqrarkredit BOKT” QSC tərəfindən daşınar əmlakarlar üzərinə həbs qoyulsa da, həmin mülklərin hamısı müəmmalı şəkildə, özü də ucuz qiymətə satılıb.

Maraqlıdır ki, çox sayda əmlakın satılmasından əldə edilən gəlirdən bir manat da olsun kreditorlara pul ödənilməyib. Üstəlik, bütün bu alış-veriş işlərinin hamısı həm “Azərinşaatservis” MMC-nin, həm də “Aqrarkredit BOKT” QSC-nin rəhbər vəzifəli şəxslərinin nəzarəti və tapşırığı ilə icra edilib.

Əldə etdiyimiz məlumata görə, kreditorların yeganə ümid yeri MMC-nin balansında olan və Binəqədi rayonunda yerləşən əmlak kompleksinin satışından əldə ediləcək vəsait idi. Lakin həmin əmlak kompleksi ilə bağlı hazırki vəziyyət onu deməyə əsas verir ki, bu əmlak kompleksi də MMC-nin balansında olmuş digər əmlaklar kimi satılacaq və kreditorlara yenə də ödəniş edilməyəcək.

Qeyd edilir ki, “Azərinşaatservis” MMC-yə məxsus torpaq sahəsi 49 icra sənədi üzrə borclunun mənafeləri nəzərə alınmadan satılır. Bildirilir ki, hərrac prosesi, yəni iştirakçı qeydiyyatı, təkliflərin qəbulu tamailə qanunsuz gedir. Hətta hərrac prosesində iştirak etmək istəyən digər şəxslər iştirakçı kimi müraciət etsələr də, qeydiyyata alınmırlar.

Kreditorlar bildirilər ki, bunun qarşısının alınması üçün dəfələrlə Ədliyyə Nazirliyinə müraciət etsələr də, heç bir nəticəsi olmayıb. Nəticədə yalnız “Aqrarkredit BOKT” QSC  keçirilmiş elektron hərracın nəticələrinin qalibi elan edilib. “Guya elektron qaydada keçirilməsi planlaşdırılan hərrac məhz “Aqrarkredit BOKT” QSC-nin istədiyi kimi baş tutub. Üstəlik, Binəqədi Rayon Məhkəməsinin 8(5-93)-121/2026 saylı, 05.02.2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinin böyük icra məmuru Əhmədov Asəm Əlqəmə oğlunun yenidən qiymətləndiricinin dəvət edilməsi barədə hərəkətləri qanunsuz hesab edilib. Qeyd olunan məhkəmə qərardadından icra məmuru və “Aqrarkredit BOKT” QSC şikayət versə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(3-6)-108/2026 saylı, 17.03.2026-cı il tarixli qərardadı şikayətlər təmin edilməyib. Binəqədi Rayon Məhkəməsinin 8(5-93)-121/2026 saylı, 05.02.2026-cıil tarixli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb. Bu əsasla 18.03.2026-cı il tarixdə Binəqədi Rayon İcra şöbəsi tərəfəfindən Elektron Hərrac Portalına borclu “Azərinşaatservis” MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3105-ci məhəllə, Naxçıvani küçəsi 57C ünvanında yerləşən daşınmaz əmlak kompleksinin hərracı ilə bağlı verilmiş 06.02.2026-cı il tarixli sifarişin icrasının dayandırılmasına dair sərəncam məktubu göndərilib. Lakin bütün bunlara baxmayaraq hərrac keçirilib və “Aqrarkredit BOKT” QSC onun qalibi elan edilib”.

Şikayətçilər iddia edirlər ki, əmlak kompleksi borclu “Azərinşaatservis” MMC-nin digər əmlaklarını qanunsuz yolla talamış şəxslər tərəfindən ələ keçirilib. “Həmin şəxslər çəkinmədən bəyan edirlər ki, bu məsələ Ədliyyə Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə razılaşdırılıb”.

Onların dediklərinə görə,  “Azərinşaatservis”in balansında onlara texnika, əmlak olub ki, onların hamısı “AqrarKredit” tərəfindən dəyər, dəyəməzinə satılıb. Bu prosesdə isə əsas fiqrular “Aqrarkredit”in rəhbəri “Şapka Mamed” ləqəbli Məmməd Musayev və Binəqədi İcra və Porbasiya Şöbəsinin rəsmiləri göstərilir. Kreditorlar bildirirlər ki, məhkəməyə müraciət etməkdən başqa çıxış yolları qalmayıb.

Məsələ ilə bağlı araşdırmamız davam edir. “Azərinşaatservis”in “Beynəlxalq Bank” məsələsindən sonra üzləşdiyi problemlər, nəqliyyat və əmlakının necə talan edilməsi barədə daha dolğun bilgi verəcəyik.

Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Aprel 2026 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri