Icma.az
close
up
RU
Min bir mini esse dükanı silsiləsindən Rüstəm Kamal

Min bir mini esse dükanı silsiləsindən Rüstəm Kamal

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kulis.az Rüstəm Kamalın "Min bir mini - esse dükanı" silsiləsindən esselərini təqdim edir.

1. Selincer effekti

C.Selincer 9 hekayədən və bir povestdən sonra ömrünün son gününəcən susub. Müsahibə verməkdən də qaçıb. Qapalı həyat tərzi keçirib. Hamı nəsə yazdığını güman edib.

Meksika yazıçısı Xuan Rulfo da beş-altı hekayədən və "Pedro Paramo" romanından sonra ömürlük susdu.

Görəsən, müasir Azərbaycan ədəbiyyatında "Selincer effekti" ilə yaşayan yazıçı, şair varmı?

Hamı görünməkdən, tanınmaqdan ötrü dəridən-qabıqdan çıxır. Sosial şəbəkədə bir gün görünməsə, mətbuatda bir gün adı çəkilməsə, həmin günü ömürdən-gündən saymayanlar var.

Azərbaycan nasiri Saday Budaqlı da çoxdandır, 90-cı illərdən bəri nəsə yazır. Bu arada xeyli tərcümələr edib. M.Bulqakovun "Ustad və Marqarita" romanını gözəl tərcümə etdiyini deyirlər. Razıyam.

Bir xəbərçilik edim: Qazaxda, ata evində masasının üstündə əlyazmalarını gördüm. Marağımı görüb dedi ki, bir roman yazır. Dedim, qağa, hazır olanda ver, oxuyum. Sonra əlavə etdim ki, niyə çap etmirsən?

Susdu...

Amma gənc yazıçılar hələ də onun köhnə povestlərini oxuyurlar - onu müasir nəsrimizin usta adları sırasında görürlər.

Bir rus yazıçısı var - Saşa Sokolov. Kanadada yaşayır. Son illər heç nə çap etmir. Onu Rus Selinceri də adlandırırdılar; ədəbi gündəmdə olmağa heç bir ehtiyac duymur. Amma dediyinə görə, nəsə yazır. Çap üçün hazır mətnlər də var...

Müsahibələrinin birində Saşa Sokolov bir hadisədən çox təsirləndiyini qeyd edir. Yunanıstanda bir xanım yazarla tanış olur. Həmin xanımın çox yazdığını, amma yazdıqlarını çapa vermədiyini eşidir. Rəflər yaşı əllini keçmiş bu xanımın əlyazmaları ilə dolmuşdu. Özü də günün 12 saatını yazırdı, bu işdən də ləzzət alırdı. O vaxtdan Saşa Sokolov bu üsuldan istifadə etməyə çalışır. Onun üçün ədəbi cameədə qətiyyən görünmək maraqlı deyildi...

Yazdıqlarını çapa verməmək bir sufi iradəsi, sufi davranışıdı düşüncəsindəyəm...

2. Qovaq yarpağı

Çində qəribə adətlər, rituallar çoxdur. Onlardan biri də ayrılıq zamanı qovaq yarpağı bağışlamaqdır. Deyilənlərə görə, Tan dövrü şairləri ayrılarkən, xatirə olaraq bir-birinə söyüd və qovaq yarpağı bağışlayırlarmış.

Çuvaş şairi Gennadi Ayqinin 1964-cü ildə yazdığı iki misralıq "Dostluq səhifələri" şeirini oxuyanda həmin adət yadıma düşdü. Şeirin məzmunu belədir ki, şair gəzinti zamanı yerə düşmüş yarpağın şeir kitabında iki səhifə arasına qoyulmasını xahiş edir.

1936-cı ildə Zadonskda Osip və Nadejda Mandelştam cütlüyünün yaşadığı Karl Marks küçəsi, 8 nömrəli evin qabağında qoca qovaq ağacından çağdaş rus şairi Vladimir Aristov bir esse yazıb: "Mandelştamın qovağı". Həmin yazını internetdə axtarışa verib tapdım. Bu mövzuda "Mandelştamın söyüd və qovaq yarpağını Du Funun kitabının arasına qoyaraq" adlanır (Şeirin bir parçasını rus dilindən sətri tərcümə etdim).

Zadonskda evinin qabağında -

K.Marks küçəsi, nömrə 8-də

məhz həmin,

daha doğrusu, həmin yeganə

söyüddən, həmin söyüddən və qovaqdan

ovcumla qoparılmış yarpaq

Tan dövrü səkkizinci əsr

sənə bərabər olan yeganə şairin bioqrafiyasının

səhifələri arasına qoyulmuş...

Hüseyn Arifin ev kitabxanasında, Əhməd Cəmilin bağışladığı şeir kitabının arasında qurumuş qovaq yarpağını görənlər olub. Qovaq yarpağı Əhməd Cəmilin bu şeiri olan səhifənin arasına qoyulub:

Qoşa qovaq kölgəsində

Bir gəlin durmuş bayaqdan.

Sanki solğun bir yarpaqdı,

Külək salmış budaqdan.

Beləcə, bir qovaq yarpağı VIII əsr Çin şairi Du Funu, rus şairləri O.Mandelştamı, V.Aristovu, Azərbaycan şairləri Ə.Cəmili, H.Arifi, çuvaş şairi G.Ayqini bir yaddaş məkanında yaşada bilir...

3. Uzaqdan salamlaşmaq

Aleksandr Blok Puşkinin evinin yanından keçəndə həmişə şairin evinə salam verirmiş.

Nə gizlədim, hər dəfə Gəncədən keçəndə Şeyx Nizaminin məqbərəsini salamlamağa "bir növ adətkərdə olmuşam".

H.Arif Fəxri xiyabanın yanından keçəndə S.Vurğunu salamlamağı ustadına bir ömürlük ehtiram borcu hesab edirdi:

Nə göydən haray var, nə yerdən aman,

Sükuta bürünüb Fəxri xiyaban.

Yaz da, qışda da onun yanından

Bir dəfə salamsız ötmədim, ustad!

1989-cu ildə "Moskovskiy Komsomolets" qəzetində uşaq yazıçısı Yuri Kovalın bir müsahibəsi qarşıma çıxmışdı. Müsahibədə onun bir etirafı o qədər xoşuma gəldi ki, dəftərçəmə köçürdüm. Y.Koval deyir: "Mənim sevimli yazıçım Nikolay Vasilyeviç Qoqoldur. Hərdən düşünməyə belə qorxuram ki, əgər təsadüfən N.Vasilyeviçə rast gəlsəm, mən nə edərdim? Gözəl yazıçılar ilə - Anna Axmatova ilə, Mixail Zoşşenko ilə, Yuri Oleşa ilə mənə görüşmək nəsib olub. Amma Qoqola yaxınlaşmaq mümkündürmü? Uzaqdan salamlaşmaq - ən doğru yol budur".

Bir neçə dəfə İsmayıl Şıxlı qarşıma çıxıb. Salam verib özümü təqdim etmək şansım olub. Ən azından, bir kənddən olmağımı bəhanə də edə bilərdim.

Amma böyük yazıçıya və şəxsiyyətə uzaqdan salam vermək daha münasib idi. Çünki ədəbi və əbədi Ruh ilə əl verib görüşəsi deyildim ki...

Milli Kitabxanada Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə kitab sərgisi açıldı Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edilib, süni tənəffüs aparatına qoşulub Reper narkotiki təbliğ etdiyi üçün saxlanıldı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://kulis.az
archiveBu xəbər 03 Yanvar 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see359

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see317

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see298

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see290

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see282

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see277

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see277

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see271

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see242

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see236

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see227

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see222

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see222

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see221

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see217

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see215

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see210

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see209

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see208

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri