Icma.az
close
up
RU
Min gündən sonra yanan “yaşıl işıq” Əli Cabbarov yazır

Min gündən sonra yanan “yaşıl işıq” Əli Cabbarov yazır

Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

Əli Cabbarov

***

İnternet və   peyk texnlogiyasına hər kəsin əlinin çatdığı XXI əsrdəki müasir “İran-İrak müharibəsi” 2022-ci ilin 24 fevralından keçən min gündən sonra daha da qanlı ssenarilərlə davam etməklə, bizdən çox da uzaqda olmayan coğrafiyada olduqca təhlükəli hadisələri qızışdırmaqdadır.

İmperialist Qərb və çarizmin ənənəvi qarşıdurmasının növbəti meydanı olan gözəl və zəngin Ukrayna torpaqlarında aparılan elan olunmamış müharibənin mininci günündə güdülən siyasət, bu mənada, tam bir ikiüzlülük misalı olub, coğrafiyadan xəbəri olmayan bəzi ‘tarixçi”lərin boş iddialarına bənzəyir.

Bütün oliqarxlarının və nazirlərinin öz evlərində belə ingilscə danışdığı Rusiyanın Donbasdakı milyon yarım rusdilli insanın dil maraqlarını qorumaq bəhanəsilə başlatdığı bu müharibə 2014-cü ildən bütün bu bölgənin altını üstünə çevirib iqtsadiyyatı, energetikanı, infrastrukturu, nəqliyyat-logistika əlaqələrini və ən nəhayət, yüzillər ərzində iki qardaş xalq arasındakı mövcud   mədəniyyəti məhv etməklə yeni mərhələyə keçməkdədir. Bir daha dönüşü olmayacaq qoca Baydenin gedişi öncəsi Ukrayna ordusuna Rusiyanın dərinliklərinə zərbə endirmək üçün uzaqmənzilli raketlərdən istfadə etməyə icazə verməsi Şimali Koreyanı nəzərə almasaq, bu müharibəyə üçüncü tərəflərin də qoşulması təhlükəsini artırır.

Hansı tərəfin torpaq tutması, yaxud torpaq itirməsindən asılı olmayaq bütün müharibələrin son qalibi ədalət, itirəni isə sadə, həyatları məhv olmuş milyonlarla insanlardır. Hələ otuz il əvvəl Qərbin və Rusiyanın dəstəyini  almış Ermənistanın təklənmiş Azərbaycanın torpaqlarını işğal etməsi ilə nəticələnmiş 4 illik I Qarabağ müharibəsinin nəticələrini cəmisi 44 günlük müharibə ilə alt-üst etmiş və iki yüz illik ədalətsizliyə son qoymuş II Qarabağ müharibəsi göstərdi ki, bəli, əgər işğala və ədalətsizliyə məruz qalmış bir ölkə öz dövlətini və ordusunu möhkəmləndirərsə bu, sonunda işğalçının məhv ediləcəyinə aparan ən qısa və ən doğru yoldur.

Ancaq hələ ki, Krımın ilhaqı ilə əslində, NATO və Rusiya qarşıdurmasının başladığı 10 il bundan əvvəlki dövrdən başlayaraq bu günə qədər nə Rusyianın qarşısına qoyuduğu məqsədə çatdığını, nə də Ukraynanın ona yağlı vədlər verən Qərbdən istədiyini ala bildiyini deyə bilmirik. Dünyanın ən güclü riyaziyyatçılarının belə həll edə bilməyəcəyi bir tənlik kimi mürəkkəb olan hazırkı vəziyyətdə uzaqmənzili raketlərin istifadəsinə yandırılan bu “yaşıl işıq” gələcəkdəki itkilərin nə dərəcədə ağlasığmaz olacağını xəbər verir.

Cəbhədə isə itkilər çox böyükdür. Min gündən sonra bir tərəfdə milyonlarla ton dəmir qırıntısını və 700 mindən çox əsgərini itirərək İran və Şimali Koreyanın ümidinə qalmış Rusiya, digər bir tərəfdə isə təxminən bu qədər sayda müdafiəçsini və hərbi texnikasını itirmiş, dünyanın ən böyük yük təyyarəsi əfsanəvi “Mriya AN-224”-ü yandırılmış, 5 milyondan çox insanı qaçqın düşmüş, bütün enerji sistemi və mülki infrastrukturu çökmüş Ukraynanın mənzərəsi bu müharibənin sabah tam ədalətlə bitəcəyi təqdirdə belə Rusiyanın Ukraynanı həmişəlik itirməsinə qarşı heç bir əks arqument yeri qoymur. Bu, başqasına ümid edərək müharibə aparan Ukraynanın və kiçik bəhanələrlə insan resurslarını tükətməyə hazır olan Rusiyanın başına gələcək ən böyük faciədir. SSRİ dağılandan sonra nə Rusyia ilə cici-bacı olduqdarı  illər boyu, nə də faktiki müharibə vəziyyətində olduğu 2014-cü ildən bəri milli həmrəyliyini qura bilməmiş Ukraynanın hazırda itirdiyi 125 min kvadrat kilometr ərazisinin geri qaytarılması və 1991-ci il sərhədlərini bərpa etməsi üçün bütün gücünü ortaya qoyduğu bir dövrdə Amerikanın və Fransa liderliyində Avropanın öz hayına qalaraq, verdikləri qərarları nə tam doğrulaması nə də yalanlaması, əslində, yanan alovu daha da qızışdıraraq faktiki olaraq üçüncü dünya müharibəsini başlatması deməkdir.  

Beləliklə, bu günlərdə rəsmi Bakının öndərliyində bütün dünyanın yaşıl dünya naminə həmrəy olduğu bir dövrdə Rusiyaya qarşı uzaqvuran raketlərin istifadəsinə yandırılan “yaşıl işıq” siyasi gündəmi daha da isitməklə onsuz da qlobal istiləşmədən od tutub yanan dünyanın nəfəsini kəsməkdədir. Buna qədər bir növ məhəlli münaqişə kimi dəyərləndirilə bilən Vladimirlə Volodimir arasındakı anlaşmazlığın daha da böyüyərək dünya müharibəsinə çevrilməsinin bu “yaşıl işığa” nə qədər bağlı olacağına yaxın günlərdə şahid olacağıq. Hələlik isə dünya gecələr Ukrayna səmalarının yuxusunu qaçıran “əmmamade” “Shahed”ləri izləməklə  Kurskda indiyə  qədər  görmədiləri sərbəst internetin dadını çıxara Şimali Koreya əsgərlərinin əyləncəsi barədəki xəbərlərdən danışmaqdadır.  

Başladığı vaxt üç  gün içində bitəcəyi deyilən, amma bu keçən min gün içində hər iki tərəfi fiziki və mənəvi olaraq tükətmiş, milyonlarla ailəni başsız qoymuş Rusiya-Ukrayna müharibəsi hər an ətraf dövlətlərə də sıçramaqla böyük təhlükə mənbəyidir. Bizim üçün nə qədər təəssüfverici olsa da yeganə təsəlli, qardaş qırğını deyə biləcəyimiz bu mingünlük müharibənin ölkəmizə hər hansı birbaşa təsirinin olmaması və bu ehtimalın da sıfıra bərabər olmasdır. Dünyada hər cür münaqişə və işğallara yaşıl işıq yandıranların əksinə olaraq dövlət başçımız Prezident cənab İlham Əliyevin qlobal arenada apardığı mükəmməl xarici siyasət nəticəsində ölkəmiz heç bir böyük dövlətin və ya dövlətlərin güdazına getmədən öz doğru yaşıl yolu ilə irəliləyir, Azərbaycanın gücünü daha da artıran dostları ilə dünyaya işıq saçır. Bu, dünyanı aydınladan ən yaşıl işıqdır.

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://mia.az
archiveBu xəbər 19 Noyabr 2024 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see392

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see370

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see357

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see323

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see297

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see278

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see270

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see266

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see263

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see258

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see241

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see240

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see240

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see234

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see230

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see228

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see210

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see208

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see206

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri