Icma.az
close
up
RU
Mina Mustafayeva: Yubiley konfransımızın yüksək səviyyədə keçirilməsi bizim üçün çox sevindiricidir

Mina Mustafayeva: Yubiley konfransımızın yüksək səviyyədə keçirilməsi bizim üçün çox sevindiricidir

Azertag saytına istinadən Icma.az xəbər verir.

Auqsburq, 1 noyabr, AZƏRTAC

Almaniyada çalışan Azərbaycanlı Tibb İşçiləri Birliyinin (AMD) yubiley konfransının Auqsburqda keçirilməsi mənim üçün də xüsusilə əlamətdardır. Çünki mən özüm bu şəhərdə işləyirəm. Bu, mənə bu tədbirin təşkilində bilavasitə iştirak etməyimə imkan verdi. Bu konfransa uzun müddətdir hazırlaşırdıq və hazırlıq işlərində AMD-nin bütün üzvləri fəal iştirak ediblər. Bu baxımdan yubiley konfransımızın yüksək səviyyədə keçirilməsi bizim üçün çox sevindiricidir. Ümid edirik ki, iştirakçılar konfransımızdan məmnunluqla ayrılacaqlar.

AZƏRTAC xəbər verir ki, bu barədə AMD-nin İdarə Heyətinin üzvü, Auqsburq şəhərində çalışan ginekoloq Mina Mustafayeva AZƏRTAC-a müsahibəsində deyib.

Konfransda müzakirə olunan mövzuların dəqiqliklə seçildiyini vurğulayan Mina Mustafayeva deyib: “Burada müzakirə olunan mövzulardan biri də aktuallığını gündən-günə artıran süni intellektdir. Digər sahələrdə çalışan şəxslər kimi, həkimlərdə də müəyyən narahatlıqlar var ki, bir gün süni intellekt onları əvəz edə bilər. Bugünkü müzakirələrdə də qeyd olundu ki, süni intellekt hazırda insan faktorunu əvəz edə biləcək səviyyədə deyil. Çünki elm, texnologiya, eləcə də süni intellekt nə qədər inkişaf etsə də, sonda ən son qərarı məhz insanlar, həkimlər verirlər”.

AMD-nin uğurlu fəaliyyətinə toxunan İdarə Heyətinin üzvü qeyd edib: “Birliyimizin fəaliyyətinin əsas istiqamətlərindən biri də Almaniyadakı həkimlərimizin şəbəkələşməsidir və bu da ən çox illik görüşlərimiz sayəsində baş verir. Bu gün burada 120 həkimin iştirakı da bu istiqamətdə fəaliyyətimizin daha bir göstəricisidir”.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Auqsburq

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Noyabr 2025 23:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see619

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see230

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see208

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see145

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri