Mina partlayışında ölən qardaşının evini yandırdı TƏRTƏRDƏ
Lent az saytına istinadən Icma.az xəbər verir.
Tərtərdə kişi qardaşı arvadının evini yandırıb.
Lent.az xəbər verir ki, hadisə rayonun Şıxarx kəndində qeydə alınıb.
İttiham aktına görə, 40 yaşlı İsa Məmmədov (şərti adla) qardaşı arvadı ona həmin evdə yaşamağa icazə vermədiyi üçün qisas almaq istəyib. Bunun üçün səhər tezdən spirtli içkinin təsiri altında yarım litr benzini evin bir otağına və damına tökərək yandırıb. Nəticədə ev sahibinə 10 min manat ziyan dəyib.
Hadisə ilə əlaqədar İsa Məmmədov saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, qardaşı 2021-ci ildə Tərtərin Talış kəndində minaya düşərək həlak olub. Özü isə 2 il əvvəl həbsdən buraxılıb və evi olmadığı üçün küçələrdə yaşayıb. Qardaşı arvadı evdə yaşamasına icazə vermədiyi üçün məlum əməli törədib. Onun sözlərinə görə, həmin ev valideynlərinə verildiyi üçün özünün də yaşamaq hüququ var.
Zərərçəkmiş şəxs isə ifadəsində İsanın həmin evdə yaşamaq hüququ olmadığını və qaynının illər əvvəl də yaşadıqları evi yandırdığını deyib. O, həmçinin təqsirləndirilən şəxslə barışdığını, ona dəyən ziyanın ödənildiyini, İsaya qarşı şikayət və tələbinin olmadığını bildirib.
Məhkəmənin qərarı ilə İsa Məmmədov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin onun cəzası 2 il sınaq müddəti olmaqla şərti hesab edilib.
Baxış sayı:93
Bu xəbər 30 İyul 2026 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















