Icma.az
close
up
RU
Mina qurbanlarına həsr olunan elektron fotokitab hazırlanıb

Mina qurbanlarına həsr olunan elektron fotokitab hazırlanıb

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda mina terrorunun qurbanları haqqında elektron fotokitab hazırlanıb. “Gilavar Foto Klubu” ictimai birliyi tərəfindən “Düyməni sıxan ayaqlar” adlı nəşr bu mövzuda hazırlanan və mühüm əhəmiyyətə malik olan nadir vəsaitlərdən biridir.
İki dildə - Azərbaycan və ingilis dillərində hazırlanan kitab ön söz, mina qurbanları, xronologiya və statistik məlumatlardan ibarətdir. Mina və partlamamış hərbi sursatların törətdiyi fəsadlar haqqında müfəssəl məlumat verən kitaba ön sözü Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin (ANAMA) sədri Vüqar Süleymanov yazıb.
Fotokitabda 30 ildən artıq bir dövrdə müxtəlif vaxtlarda mina və partlamamış hərbi sursatların partlaması nəticəsində xəsarət alan və həlak olan insanların fotoları, onların acı həyat hekayələri yer alır. Hekayə qəhrəmanları həmin hadisə gününü bir daha xatırlayaraq öz dillərindən olduğu kimi danışırlar.
Vətən müharibəsindən başlayaraq 2024-cü ilin dekabr ayına kimi olan bir aralıqda baş verən mina partlayışı hadisələri xronoloji ardıcıllıqla qeyd olunub. Statistika hissəsində son dörd ildə ən çox mina hadisəsi baş verən ərazilərin, kəndlərin siyahısı, ANAMA tərəfindən təqdim olunan rəqəmlər qeyd olunub. Belə ki, 1991-ci ildən bu günə kimi mina qurbanlarının sayı 3400-dən artıqdır. Onlardan 359 nəfəri uşaq, 38 nəfəri qadınlardır. 2020-ci ilin noyabr ayından günümüzə qədər baş verən mina hadisələri zamanı qurbanların sayı 382 nəfər təşkil edir. Onlardan 70 nəfəri həlak olub, 312 nəfəri isə xəsarət alıb.
Layihənin rəhbəri Rəşad Mehdiyev, fotokitabın baş redaktoru Dilavər Nəcəfov, Azərbaycan dili üzrə redaktoru Aygün Əhmədova, ingilis dili üzrə redaktoru Esmira Əliyeva, fotoredaktor isə Roman İsmayılovdur. Kitabın içərisində əks olunan fotoların müəllifi müharibə fotoqrafı Famil Mahmudbəylidir.
Qeyd edək ki, fotokitab “Gilavar Foto Klubu” ictimai birliyinin “Təhlükənin kulMİNAsiya nöqtəsi” layihəsi çərçivəsində hazırlanıb. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.
Elektron fotokitabla bu linkdən https://gilavar.az/fotokitab/1/book.html tanış olmaq olar.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Fevral 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see276

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see244

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see236

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see222

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see208

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see201

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see181

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see177

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see176

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see166

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see165

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see153

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see152

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see150

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see146

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see146

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri