Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Mina təhlükəsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət

Mina təhlükəsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Azərbaycan Milli QHT Forumu və ANAMA yanında İctimai Şura 4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.

Globalinfo.az-ın xəbərinə görə, mətndə deyilir ki, mina təhdidi beynəlxalq humanitar gündəliyin ən ciddi problemlərindən biri olaraq qalır.

Qeyd edilib ki, bu gün dünyada 60-dan çox ölkədə 10 milyonlarla mina basdırılıb, bu rəqəm davam edən müharibələr və silahlı münaqişələr fonunda daha da artır və mina təhlükəsinin coğrafiyası genişlənir.

“Azərbaycan mina təhlükəsinin ən ağır nəticələrini yaşayan ölkələrdən biridir və minalarla ən çox çirklənmiş ölkələr arasında ilk onluqdadır. İşğaldan azad olunmuş ərazilərdə mina və partlamamış sursat qalıqları ilə çirklənmiş sahə təxminən 12 min kvadrat kilometrə yaxındır. Bu ərazilərdə təxminən 1 milyondan çox mina və partlayıcı sursat qalıqları var. 1991-ci ildən ötən dövr ərzində Ermənistanın basdırdığı minalardan zərərçəkənlərin ümumi sayı 3400 nəfərə yaxınlaşır”.

Müraciətə görə, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə intensiv şəkildə minatəmizləmə işləri aparır:

“Minatəmizləyənlərin fədakar əməyi sayəsində 248 min hektardan çox ərazi təmizlənib. Minalarla çirklənmənin yüksək səviyyədə olması ilə yanaşı, Ermənistan tərəfindən təqdim olunan mina xəritələrinin yararsız olmasını da xüsusi qeyd etməliyik. 2020-ci il Vətən müharibəsinin başa çatmasından sonra qeydə alınan mina partlayışları nəticəsində 421 Azərbaycan vətəndaşı zərər çəkib. Onlardan 72-si ölüb, 349-u isə ağır yaralanıb. Bu fakt mina probleminin postmünaqişə dövründə də insan həyatı üçün real və çox ciddi təhlükə olaraq qaldığını bir daha diqqətə çatdırır. Mina ilə çirklənmiş ərazilər kənd təsərrüfatının inkişafına mane olur, məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını ləngidir və insanların gündəlik həyatını təhlükə altında saxlayır”.

Bildirilib ki, minatəmizləmə həm də BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün əsas şərtlərdən biridir. Azərbaycan özü də minatəmizləməni milli səviyyədə Dayanıqlı İnkişaf Məqsədlərindən biri elan edib.

Azərbaycan, həmçinin mina və partlamamış hərbi sursatlara qarşı mübarizədə beynəlxalq tərəfdaşlığın qurulması, resursların mobilizasiyası, minadan zərərçəkən ölkələrə xüsusi diqqətin ayrılması üçün humanitar minatəmizləməni 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi təklif edib.

“Mina təhlükəsinin beynəlxalq gündəliyin əsas məsələrindən biri kimi diqqətdə saxlanılmasına böyük ehtiyac var. Biz beynəlxalq ictimaiyyəti mina təhlükəsinə münasibətdə daha ardıcıl və prinsipial mövqe tutmağa çağırırıq. Azərbaycanın bu sahədə irəli sürdüyü təşəbbüslərə dəstək verməyə, mina problemi ilə üzləşən ölkələrə texniki və maliyyə yardımının həcmini artırmağa səsləyirik. Mina qurbanlarının reabilitasiyası, yarımçıq qalmış həyatların yenidən bərpası və gələcək nəsillərin qorunması hamımızın ortaq mənəvi borcudur”, – deyə məlumatda vurğulanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Aprel 2026 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see709

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see455

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see401

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see305

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see289

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see287

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see260

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see255

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see246

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see245

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see241

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see238

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see237

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see235

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see230

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see217

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see195

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see192

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see186

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri