Icma.az
close
up
RU
Mina təhlükəsi ilə mübarizə cəmiyyətin birgə məsuliyyətidir

Mina təhlükəsi ilə mübarizə cəmiyyətin birgə məsuliyyətidir

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

   Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə vaxtilə basdırılmış minalar, çoxsaylı partlamamış hərbi sursatlar vətəndaşların həyatı üçün hər zaman təhlükə mənbəyi olaraq qalır. Bu, keçmiş məcburi köçkünlərin doğma torpaqlara təhlükəsiz qayıdışına,  ətraf mühitdə sağlam yaşamaq hüququnun təmin olunmasına, eləcə də bölgədə aparılan bərpa-quruculuq işlərinə ciddi maneə yaradır.

Mənfur ermənilər 30 il ərzində işğalda saxladıqları əraziləri xarabalığa çevirməklə, infrastrukturu məhv etməklə yanaşı, şəhər, kənd və qəsəbə yollarını, tarixi abidələrin yerləşdiyi yerləri, qəbiristanlıqları, əkin sahələrini qarış-qarış minalayıblar. Baş verən partlayışlar ailələrə böyük faciələr yaşadır, çox sayda insan həyatını, sağlamlığını itirir, əlilliklə üzləşirlər. 

Bu gün müvafiq qurumlar baş verə biləcək xoşagəlməz halların aradan qaldırılması, minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində fasiləsiz olaraq çalışırlar. Minaların, partlamamış hərbi sursatların (PHS), partlayıcı tərkibli digər təhlükəli qalıqların aşkarlanması, toplanması, daşınması, müvəqqəti saxlanılması və zərərsizləşdirilməsi üzrə əsas icraedici qurum kimi fəaliyyətə başlamış Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) vəzifələri daha da genişlənmişdir. Agentliyin həyata keçirdiyi əməliyyatlar Beynəlxalq Minatəmizləmə Standartlarına (IMAS) uyğun şəkildə təşkil olunur. Bu, əməliyyatların təhlükəsizliyini, efektliyini və şəffaflığını təmin edir. 

 Minalar və partlamamış hərbi sursatların təhlükəsi Azərbaycan və ümumiyyətlə, bütün bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edən problemlərdən biridir. Minalanmış ərazilərin təmizlənməsi və mina təhlükəsi barədə ictimaiyyətin məlumatlandırılması ANAMA-nın əsas fəaliyyət istiqamətlərindən biridir.

2020-ci il müharibəsindən bəri Ermənistanın mina çirklənməsi nəticəsində 433 nəfər zərərçəkən olub. Bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında paylaşım olunub. Bildirilib ki, növbəti mina partlayışı nəticəsində Azərbaycanın 2 vətəndaşı ağır yaralanıb. Bu faciə minaların hələ də yaratdığı ağır humanitar nəticələri və günahsız insanların hər gün üzləşdiyi təhlükələri bir daha xatırladır. Minalardan təmizləmə işlərinin genişləndirilməsi üçün beynəlxalq dəstəyin gücləndirilməsinə təcili ehtiyac var. Minalardan azad gələcək dayanıqlı sülhün, inkişafın və insan təhlükəsizliyinin təmin olunmasının əsas şərtidir. İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən iyul ayında icra olunan əməliyyatlar barədə aylıq məlumat (İyul 2026-cı il) açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən ay 614 piyada, 174 tank əleyhinə mina, 2106 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 8 012,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib. 

İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Həsənli kəndi ərazisində 2026-cı il 23 iyul tarixində mina partlayışı hadisəsi baş verib. 1979-cu il təvəllüdlü Cəbrayıl rayonu Qumlaq kənd sakini Şəmilov Elşən Bəhlul oğlu minalardan təmizlənməmiş ərazidə traktorla yer şumlayarkən mina partlayışı nəticəsində xəsarət alıb. 

Növbəti xoşagəlməz hal isə Xocavənd rayonu ərazisində 2026-cı il 2 avqust tarixində mina hadisəsi baș verib. Humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən özəl şirkətlərdən birinin əməkdaşı 1985-ci il təvəllüdlü Əhədov Əhəd Sərvan oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı olub. Hadisə nəticəsində Əhədov Əhəd müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Həmçinin Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində 2026-cı il 3 avqust tarixində mina səsi eşidilib. Humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı 1994-cü il təvəllüdlü Surxaylı Əlzamin Vəzir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Surxaylı Əlzamin sağ ayaq nahiyəsindən xəsarət alıb. Hadisə zamanı digər əməkdaş 1998-ci il təvəllüdlü Mirzəyev Füzuli Rizvan oğlu yüngül bədən xəsarətləri alıb.

Təhlükəsizlik üzrə ekspert Orxan Musayev XQ-yə açıqlamasında qeyd edib ki, “işğaldan azad olunmuş torpaqlarımıza hər birimiz böyük həyəcan və qucaq dolusu sevinclə dönmək istəyirik. Bu, hər bir azərbaycanlının haqqı və ən böyük arzusudur. Lakin xüsusilə vurğulamalıyam ki, həmin torpaqlarda bizi qarşılayan ən böyük maneə görünməz və çox xain bir təhlükə olan minalardır. Bu gün azad olunmuş ərazilərdə baş verən hər bir bədbəxt hadisə, hər bir yaralanma və ya həyat itkisi hamımızın qəlbini göynədir. Amma məsələyə emosiyalardan kənar, sırf təhlükəsizlik məntiqi ilə yanaşdıqda görürük ki, bu faciələrin çoxunun kökündə bir anlıq tələskənlik, ehtiyatsızlıq və ya "mənə heç nə olmaz" arxayınlığı dayanır.

Bəzən insanlara elə gəlir ki, bir ərazi gözəl, yamyaşıl görünürsə, oradan maşın keçibsə və ya sadəcə açıq sahədirsə, deməli orada heç bir qorxulu şey yoxdur. Bu, mina mövzusunda edilən ən böyük və ən bağışlanmaz səhvdir. Torpağın altında illərlə yatan o ölüm tələləri gözlə görünmür. Dövlətimiz, mütəxəssislərimiz gecə-gündüz demədən bu əraziləri təmizləyir, böyük fədakarlıq göstərirlər. Lakin minatəmizləmə elə bir işdir ki, burada tələsmək mümkün deyil, mürəkkəb ərazi santimetr-santimetr yoxlanılmalıdır. Bu proses tam başa çatana qədər həmin bölgələrdə olan hər bir şəxs öz addımlarına maksimum dərəcədə cavabdehlik daşımalıdır.

O torpaqlarda kənd təsərrüfatı ilə məşğul olmaq, əkmək-biçmək, qurub-yaratmaq hər birimizin arzusudur, lakin bu işləri yalnız minatəmizləyənlərin tam yoxlayıb təhvil verdiyi təhlükəsiz sahalərdə həyata keçirmək lazımdır. Təhlükəsizliyin ən təməl qaydası müəyyən olunmuş marşrutlardan kənara çıxmamaq, yalnız xüsusi icazə verilmiş asfaltdan və yoxlanılmış yollardan istifadə etməkdir. Qırmızı lentlərlə, xüsusi xəbərdarlıq nişanları və ya lövhələrlə işarələnmiş zonasını görəndə oraya zərrə qədər də olsa yaxınlaşmamaq, tanış olmayan çöl və ya meşəlik ərazilərə addım atmamaq həyati əhəmiyyət daşıyır. Eyni zamanda, yerdə görünən naməlum metal, plastik obyektlərə, naqillərə və ya mərmi qalıqlarına əsla toxunmamaq, onları tərpətməmək lazımdır. Şübhəli bir əşya və ya ərazi ilə qarşılaşdıqda isə özümüz müdaxilə etmədən dərhal 102 və ya 112 qaynar xətlərinə zəng edib aidiyyəti qurumları məlumatlandırmalıyıq”.

“Biz bu torpaqlara yaşamaq üçün qayıdırıq. Ona görə də hər bir vətəndaşımızdan, o bölgələrdə çalışan fəhlədən, fermerdən tutmuş sürücüyə qədər hər kəsdən xahiş edirəm ki, təhlükəsizlik qaydalarını özünüzün və sevdiklərinizin həyatından üstün tutmayın. Bir anlıq diqqətsizlik ömürlük peşmançılığa çevrilməsin”-deyə O.Musayev qeyd edib.    

Sözsüz ki, mina təhlükəsi uzun illərin prosesi olduğundan doğma yurda köç və səfər edən hər bir insan ehtiyatlı davranmalı, xəbərdarlıq nişanlarına riayət etməli və təhlükəli hesab edilən ərazilərdən uzaq durmalıdır. İnsan həyatı hər şeydən qiymətlidir və bu cür təhlükələrə qarşı diqqətli olmaq hər kəsin vətəndaşlıq borcudur.

   Müşfiq MİRZƏ
    XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Avqust 2026 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri