Icma.az
close
up
RU
Mina təmizlənməsi Qarabağda təhlükəsizlik və inkişaf üçün əsas şərtdir ŞƏRH EDİLDİ

Mina təmizlənməsi Qarabağda təhlükəsizlik və inkişaf üçün əsas şərtdir ŞƏRH EDİLDİ

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesi Azərbaycanın qarşısında duran ən vacib və strateji məsələlərdən biridir. Müharibədən sonra həmin ərazilərdə təhlükəsiz həyatın bərpa olunması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və genişmiqyaslı yenidənqurma işlərinin aparılması üçün ilk növbədə mina təhlükəsinin aradan qaldırılması zəruridir".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, bu səbəbdən mina təmizləmə fəaliyyəti təkcə texniki proses deyil, həm də humanitar və siyasi baxımdan böyük əhəmiyyət daşıyır: "Uzun illər işğal altında qalmış ərazilərdə çoxsaylı mina və partlamamış hərbi sursatların olması region üçün ciddi təhlükə yaradır. Bu təhlükə həm mülki əhali, həm də bərpa işlərində iştirak edən şəxslər üçün risk deməkdir. Buna görə də Azərbaycan dövləti bu istiqamətdə geniş proqram həyata keçirir və mina təmizləmə prosesinə həm yerli, həm də beynəlxalq tərəfdaşları cəlb edir. Minalardan təmizləmə prosesi eyni zamanda regionun iqtisadi inkişafı ilə də birbaşa bağlıdır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən infrastruktur layihələri, yolların çəkilməsi, kənd və şəhərlərin yenidən qurulması kimi proseslər yalnız təhlükəsizlik təmin edildikdən sonra mümkün olur. Bu baxımdan mina təmizləmə işləri regionun gələcək iqtisadi potensialının reallaşmasının əsas şərtlərindən biridir. Bu proses humanitar baxımdan da xüsusi əhəmiyyət daşıyır. Minlərlə məcburi köçkün uzun illərdir ki, öz doğma torpaqlarına qayıtmağı gözləyir. Onların təhlükəsiz şəkildə geri dönüşü üçün ərazilərin minalardan tam şəkildə təmizlənməsi vacibdir. Bu isə həm sosial sabitliyin bərpasına, həm də regionda normal həyatın qurulmasına xidmət edir.

Beynəlxalq aspektdən baxdıqda isə mina problemi regional təhlükəsizlik məsələsi kimi qiymətləndirilir. Azərbaycan bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir və mina təhlükəsinin aradan qaldırılması istiqamətində qlobal diqqətin artırılmasına çalışır. Bu yanaşma həm də Azərbaycanın humanitar təşəbbüslər sahəsində aktiv rol oynadığını göstərir. Ərazilərin minalardan təmizlənməsi yalnız təhlükəsizlik məsələsi deyil, həm də siyasi sabitliyin, iqtisadi inkişafın və humanitar problemlərin həllinin əsas mərhələlərindən biridir. Bu prosesin uğurla həyata keçirilməsi regionda davamlı sülhün və inkişafın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Mart 2026 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see309

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see301

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see268

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see248

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see248

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see247

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see240

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see232

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see230

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see225

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see206

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see205

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see204

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see203

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see203

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see198

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see197

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see195

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see191

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri