Icma.az
close
up
RU
Evlilikdə Allahın icazəsi şərtdir ŞƏRH EDİLDİ

Evlilikdə Allahın icazəsi şərtdir ŞƏRH EDİLDİ

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Qadının kişinin soyadına keçməsinin şəriət baxımından haramlığı yoxdur". Bu sözləri SİA-ya açıqlamasında Təzə Pir məscidinin axundu Mircəfər Əyyubov deyib.

O bildirib ki, bəzi qeyri-ənənəvi təriqətlərdə bu, qadağan hesab olunur: "Ona da əsas deyilməyib. Sadəcə insanları qıcıqlandıran odur ki, Sovet dövrünün qanunu idi deyə, müsəlman ölkələrinin belə bir xasiyyəti, ənənəsi yox idi ki, evlənəndə qadın kişinin soyadına keçsin. Ona görə də, ola bilsin ki, bu, insanlar üçün aktual olsun. Yoxsa bunun heç bir fərdi, sosial, ictimai, siyasi zərəri, özəlliyi yoxdur. Ənənə olduğu üçün, ya da qeydiyyat üçün belə ediblər.

Din ümumiyyətlə, belə şeylərə toxunmur, din insanın mənəviyyatı ilə əlaqədar onun təlim-tərbiyəsi, təkmilləşdirilməsi, insanlığı ilə əlaqədar mövzulara nəzarət edir.

Dini nikah niyə önəmlidir sualına dindar olub-olmamaq baxımından cavab vermək lazımdır. Bir nəfər dini qanunları öz həyatında önəmli hesab edirsə, dini qanunlar onun həyatının bütün sahələrində rol oynamalıdır və oynayır da.Nikah İslamda kəbin kəsmək və ya əqd oxumaq kimi qeyd olunur. Bu prosesin məhz dini məkanlarda olması vacib deyil, lakin dini və fiqhi qaydalara uyğun olması olduqca vacibdir. Rəsulullah buyurmuşdur ki, evlənmək dinin yarısını qorumaq deməkdir. Belə bir həssas məsələnin ötəri və əhəmiyyətsiz hesab olunması qəbuledilməzdir. Bu gün dünyada qeyri- qanuni dünyaya gələn uşaqların sayı hesabı yoxdur və bundan bütün aydın düşüncələr narahatdır. Odur ki, bu məsələ xüsusi diqqət tələb edir.

Ümumiyyətlə, evlilikdə Allahın icazəsi şərtdir. Çünki bizi o yaradıb, bizim həyatımızdakı müdaxilə hüququ ondadır. Əslində nikah məhz dini nikah sayılır. Hüquqi, dünyəvi dövlət qanunvericiliyi baxımından olan nikah dövlətin qeydiyyatıdır. Qadını kişi ilə, kişini qadın ilə halal edən məhz dini nikahdır. Yalnız onunla insan bir-birinə məhrəm ola bilər. Digər məsələlər, qeydiyyat, ailə münasibətlərinə nəzarət dövlət nəzarəti xarakteri daşıyır. Necə ki, insan Allah-təalanın izni olmadan dünyaya gələ bilmir, izni olmadan ölə bilmir, eləcə də onun izni olmadan iki nəfər qovuşa, ya da ayrıla bilməz. Hökmən dini nikah, talaq oxunmalıdır. Bu, Allahın, şəriətin qanunudur".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Fevral 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see375

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see312

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see308

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see280

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see273

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see239

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see218

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see183

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see178

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see175

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see173

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see166

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see164

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see160

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see160

“Meta”, “Microsoft”a milyonlar ödəyir

20 Avqust 2026 18:07see158

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see156

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see156

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see154

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri