Icma.az
close
up
RU
Minadan zərərçəkənlərlə bağlı 11 rayon və şəhərdə tədqiqat aparılıb FOTOLAR Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Minadan zərərçəkənlərlə bağlı 11 rayon və şəhərdə tədqiqat aparılıb FOTOLAR Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azxeber.com saytına istinadən Icma.az xəbər verir.

Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində Azərbaycanda minadan zərərçəkənlərlə bağlı 11 rayon və şəhər üzrə aparılan tədqiqatın nəticələri ilə bağlı tədbir keçirilib. Tədqiqat Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA ) İctimai Birliyinin həyata keçirdiyi "Mina/PHS hadisələrinin və onun təsirlərinin azaldılmasına dəstək” adlı layihə çərçivəsində aparılıb. Bu barədə AMZA sədri, layihə rəhbəri Rey Kərimoğlu çıxış edərkən bildirib:

"Biz Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə 5 ay ərzində layihə çərçivəsində minadan və partlamamış hərbi sursatlardan zərər çəkmiş şəxslərin 11 rayon və şəhərdə (Füzuli, Beyləqan, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Goranboy, Naftalan, Abşeron, Bakı və Sumqayıt) siyahısını müəyyənləşdirib dəqiqləşdirdik. Sonra adıçəkilən rayon və şəhərlərdə beynəlxalq forma olan İnformasiyanın İdarə Edilməsi Sistemi (İMİSMA) agentləri vasitəsilə sorğular keçirdik. Layihənin icrası və "Mina/PHS hadisəsi və zərərçəkən barədə hesabat”, "Minalardan zərərçəkənlərin ictimai bərpası və reinteqrasiyası üçün ehtiyaclarının öyrənilməsi” adlı anketlərin doldurulması üçün  zərərçəkənlərdən ibarət komanda formalaşdırdıq. Adı çəkilən rayon və şəhərlərdən minə yaxın minadan zərərçəkəndən  866-sı sorğulara cəlb olunaraq toplanmış məlumatlar təhlil edilib. Toplanmış məlumatlar mina/PHS-lərin (Partlamamış Hərbi Sursatlar) insanların həyat və sağlamlığına vura biləcəyi zərərin qarşısının alınması və zərərin azaldılması, zərərçəkmiş şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə effektiv proqramların hazırlanması üçün istifadə etməyi nəzərdə tuturuq. Bu mina/PHS hadisələrindən zərərçəkmişlərin və hadisənin fəsadlarının azalmasına,  zərərçəkmişlərin sosial vəziyyətinin yaxşılaşmasına doğru dəyişəcək. Bu cür vacib layihəyə dəstək verdiyi üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə və komandasına minnətdarlığımızı bildiririk.”

R.Kərimoğlu layihənin icrasına yaxından dəstək verdiyinə görə ANAMAvə BAMF rəhbərliyinə, həmçinin dövlət orqanlarına minnətdarlığını bildirib.

Açılış nitqindən sonra layihənin eksperti, tanınmış hüquqşünas Mirəli Hüseynov aparılan sorğuların nəticələrini iştirakçılara təqdim edib. 

Ekspertin çıxışından sonra söz alan Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin müdiri mina probleminin aktuallığı və ANAMA-nın mina probleminin nəticələrinin aradan qaldırılması istiqamətində gördüyü tədbirlərdən danışdı.

ANAMA rəsmisinin çıxışından sonra söz alan BMTİP-in regional ofisinin minatəmizləmə üzrə proqram mütəxəssisi Qədim Tariq tədqiqatı yüksək qiymətləndirdi, həmçinin Azərbaycanın mina probleminin aktuallığı və problemlərin aradan qaldırılmağı yolunda beynəlxalq dəstəyin vacibliyini vurğuladı. Təmsil etdiyi təşkilatın bu yolda fəaliyyətindən də danışan Q.Tariq bundan sonra da dəstəyin artan templə davam edəcəyini qeyd etdi.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyev də ev sahibi kimi qonaqları salamladı və AMZA heyətinə tədqiqat üçün təşəkkür etdi. BAMF-ın 25 ildən uzun müddətdir ki, mina probleminin həlli yolunda göstərdiyi səyləri barədə iştirakçıları məlumatlandıran U.Mirzəyev bu problemlə mübarizədə dövlət qurumlarıyla QHT-lərin qarşılıqlı fəaliyyətinin vacibliyindən danışdı.

Tədbirin gedişində UNICEF-in Fövqaladə Hallar və PSTM üzrə mütəxəssisi Bəxtiyar Səlimov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında ictimai şuranın sədri Professor Elşad Məmmədov, ƏƏSMN-nin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin direktoru Asif Məcidov, Minadan zərərçəkən. ANAMA yanında ictimai şuranın üzvü Hafiz Əzimzadə,  Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Əfqan Vəliyev, TƏBİB əməkdaşı Elşad Əliyev, Nadir Cəfərov, Hafiz Səfixanov və digər iştirakçılar söz alaraq tədqiqata və layihəyə dair razılıqlarını ifadə etdilər. 

Tədbirin sonunda iştirakçılar və təşkilatçılar xatirə fotosu çəkdirdilər.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 14 Dekabr 2024 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see140

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see138

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see138

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri