Icma.az
close
up
RU
Minalar sülhə və sabitliyə qarşı görünməyən, lakin dağıdıcı müharibədir

Minalar sülhə və sabitliyə qarşı görünməyən, lakin dağıdıcı müharibədir

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günündə dünya bir daha mina təhlükəsinin yaratdığı dəhşətli nəticələri xatırlayır. Beynəlxalq ictimaiyyət fərdləri, icmaları və dövlətləri mina təhlükəsinə qarşı birləşməyə səsləyir. Ancaq bu problem bəzi ölkələr üçün sadəcə gündəlik xəbər başlığı, bəziləri üçün isə acı keçmişin izi ola bilər.
Newscenter.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
O qeyd edib ki, mina terroru Azərbaycandan da yan keçməyib. “Belə ki, torpaqlarımızın 30 ilə yaxın işğalda saxlanılması zamanı vandallıq aktları törədilməsi ilə yanaşı, ərazilərimiz minalarla da çirkləndirilib. Bu müddət ərzində Ermənistan tərəfindən Azərbaycan torpaqlarına yüz minlərlə mina basdırılıb. Minalar məqsədli şəkildə mülki ərazilərə, kənd yollarına, su mənbələrinə, qəbiristanlıqlara, hətta məktəb və ibadətgahlara yaxın ərazilərdə yerləşdirilib.
30 il ərzində 3 min 400-dən çox azərbaycanlı mina qurbanı olub. Onlardan 359-u uşaq, 38-i isə qadındır. Bu rəqəmlər sadəcə statistika deyil, hər biri mina qurbanı ailələrin göz yaşına, minlərlə ömrün yarıda qalmasına şahidlik edib. Minatəmizləmə fəaliyyəti mürəkkəb və uzunmüddətli prosesdir. Dövlətimiz öz resurslarını səfərbər edərək səmərəliliyi artırmaq üçün ən son texnologiyalara investisiya ayırıb. Lakin atılan əhəmiyyətli addımlara baxmayaraq, minatəmizləmə üçün beynəlxalq dəstək hələ də yetərsizdir. Təəssüf ki, sonuncu belə hadisə bir neçə gün əvvəl Ağdamda baş verdi – bir mülki şəxs həyatını mina partlayışı nəticəsində itirdi”.
Mina problemini həll etmək üçün görülən işləri xatırladan deputat dövlətimizin bu prosesdə bütün imkanlarını səfərbər etdiyini vurğulayıb: “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və digər dövlət strukturları tərəfindən bu günə qədər 185 min 707 hektar sahə mina və partlayıcı sursatlardan təmizlənib, 181 min 148 partlayıcı vasitə zərərsizləşdirilib.
Ancaq Ağdamda baş verən partlayış sübut edir ki, görülən bütün bu işlərə baxmayaraq, minaların yaratdığı təhlükə hələ də proritetdir. Ermənistan tərəfindən təqdim edilən mina xəritələri qeyri-dəqiq, natamam və əksər hallarda isə tamamilə faydasızdır. Bu isə minatəmizləmə işlərini daha da çətinləşdirir, minatəmizləyənlərin həyatını riskə atır və daha çox vaxt və resurs tələb edir”.
O vurğulayıb ki, beynəlxalq təşkilatlar, dövlətlər və qeyri-hökumət qurumları mina terroruna daha çox diqqət ayırmalıdır. Bu gün Azərbaycana dəstək olmaq – sülhə, insan haqlarına və təhlükəsiz həyata dəstək olmaq deməkdir. Azərbaycan təkcə öz torpaqlarını yox, həm də insan ləyaqətini, dinc yaşamaq haqqını minalardan azad etməyə çalışır. Bu gün sadəcə mina təhlükəsinə qarşı maarifləndirmə günü deyil. Eyni zamanda, ədalətə, insanlığa və həmrəyliyə çağırış günüdür. Çünki minalar sülhə və sabitliyə qarşı görünməyən, lakin dağıdıcı bir müharibədir. Azərbaycan xalqı doğma yurdlarına qayıtmaq üçün yolların təhlükəsiz, torpaqların məhsuldar, uşaqların güvən içində oynadığı bir gələcəyə inanır.
“Bu gün dünyada 60-dan çox ölkə minaların təsiri altında yaşamağa davam edir və Azərbaycan həmin qlobal problemin həllində fəal iştirak edir. Azərbaycanın minatəmizləmə sahəsindəki səyləri, o cümlədən milli və beynəlxalq təşkilatlarla əməkdaşlığı, texnologiyanın tətbiqi və maarifləndirmə işləri genişləndirilməkdədir”, - deyə P.Vəliyeva fikrini yekunlaşdırıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 04 Aprel 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri