Icma.az
close
up
RU
“Minaşirin” narı dünya bazarına göndərilir Saatlıda innovativ bağçılıq

“Minaşirin” narı dünya bazarına göndərilir Saatlıda innovativ bağçılıq

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Saatlı, 21 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC

Saatlı rayonu ərazisindəki aqroparkda innovativ texnologiya ilə becərilən nar bağında bol məhsul yetişib. Ölçüsünə və çəkisinə görə çeşidlənən narlar daxili bazarla yanaşı, həm də xaricə satılır. Bu il nar bağlarından 3-4 min ton məhsul gözlənilir. Artıq 2000 tona yaxın məhsul yığılıb və onun 200 tonu xaricə göndərilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azadkənd kəndi ərazisindəki aqroparkın yaradılmasında dövlət dəstəyinin önəmli payı olub. Ərazisi 7 min hektardır. Hazırda aqroparkın nar bağında yığım mövsümüdür.

Aqronom Bikə Qurbanova ilə elə aqroparkın ərazisində, nar bağında görüşürük. Deyir ki, gəlişimiz məhsul yığımı dövrünə təsadüf edir. Son günlər hava şəraiti əlverişli keçir ki, bu da yığım prossesinə müsbət təsir göstərir. "Nar bağının sahəsi 265 hektardır. Hədəfimiz 3-4 min ton məhsul yığmaqdır. Hazırda hər hektardan 25 ton olmaqla, nar yığılır. Dərilən məhsullar yeşiklərə yığılaraq, çeşidləmə və saxlama anbarlarına göndərilir, oradan da xarici bazara ixrac olunur. Bağda yığım mövsümündə 350-450 işçi çalışır. Narlar yerli Azərbaycan sortu olan “Minaşirin” sortudur. Becərilmədə intensiv üsullar tətbiq edilir. Ötən illərə nisbətən bu il məhsuldarlıq da boldur, hər ağacdan 25-30 kiloqram məhsul yığılır", - deyə aqronom bildirir.

Onun sözlərinə görə, “Minaşirin” narının ağacı yüksək məhsuldarlığa malikdir. Meyxoş dadlı, irigiləlidir, sərin yerdə uzun müddət saxlamaq olur. Alıcılar da bu amillərə üstünlük verirlər.

Digər aqronom Təbriz Xəlilov bizi görüb yaxınlaşır. O da məhsuldarlıqdan razılıqla danışır. Qeyd edir ki, məhsul kiçik, orta və iri olmaqla çeşidlənir. Kiçik ölçülü narlar 250-300 qram, orta ölçülü 400-500, iri ölçülü narlar isə 700-750 qram olur. Çeşidlənən mallar sifarişlərə uyğun olaraq həm daxili, həm də xarici bazarlara göndərilir.

Sonra saxlama anbarına cavabdeh olan Arzu Quliyeva ilə söhbət edirik. Məlum olur ki, məhsullar saxlanma anbarında çeşidlərinə görə müxtəlif temperaturda saxlanılır: “Burada məhsullar hər çeşidə görə uyğun və fərqli dərəcədə kamerlarda saxlanılır. Saxlama anbarı 10 otaqdan ibarətdir. Hər otaqda 150-200 ton məhsul olmaqla, 1500-2000 ton nar saxlamaq mümkündür. Məhsullar tələbata uyğun olaraq 1 və 4 ay müddətində anbarda qalır".

Qeyd edək ki, aqroparkda təkcə nar bağı deyil, həm də badam, şaftalı ərik və digər meyvə bağları salınıb. Burada bağçılıqla yanaşı, mövsümi əkinlər də yer alır. Aqroparkın fəaliyyəti həm də rayonda iş yerlərinin açılmasına şərait yaradıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Oktyabr 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri