Saatlıda qarpız yığımına başlanılıb
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Saatlı rayonunda əkin sahələrində örtük altında yetişdirilən qarpız məhsulunun yığımına başlanılıb.
Oxu.Az xəbər verir ki, bu il fermerlər əsasən tez yetişən sortlara üstünlük veriblər.
Onların sözlərinə görə, bu sortlara "Mesim", "Qrandis", "Karistan" və "Kral" daxildir. Hazırda məhsul sahələrdən 30 qəpiyə alınır. Yığılan qarpızlar yerli bazarla yanaşı, xarici bazarlara da göndərilir.
Gələn aydan etibarən isə açıq sahələrdə yetişdirilən qarpızın yığımına start veriləcək.
Qeyd edək ki, cari ildə rayon üzrə 1 345.5 hektar sahədə qarpız becərilib. Ötən il isə 1 623 hektardan 61 min 903.2 ton məhsul əldə olunub.
Hazırda məhsul yığımı davam edir.
Baxış sayı:78
Bu xəbər 24 İyun 2025 22:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















