Icma.az
close
up
RU
“Minasız dünya” vətəndaş cəmiyyəti təşəbbüsləri” adlı tədbir keçirilib FOTO

“Minasız dünya” vətəndaş cəmiyyəti təşəbbüsləri” adlı tədbir keçirilib FOTO

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyində Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı “Minasız dünya” - vətəndaş cəmiyyəti təşəbbüsləri” adlı tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə ölkəmizdə fəaliyyət göstərən QHT təmsilçiləri iştirak edib.

Agentliyin Layihələrin idarə edilməsi departamentinin müdiri Elnur Bağırlı bildirib ki, son illərdə bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına maliyyə yardımı ayırılıb və onların layihələrinin icrasına dəstək verilib.

O, postmünaqişə dövründə 383 vətəndaşımızın mina partlayışında həyat və sağlamlıqlarını itirməsinə diqqət çəkib.

Agentlik rəsmisinin sözlərinə görə, son statistika Azərbaycanda ümumilikdə 4000 nəfərə yaxın mina qurbanı olduğunu göstərir.

E. Bağırlı agentliyin bu sahədə həyata keçirilən layihələrə verdiyi dəstəkdən də danışıb:

"Agentliyin fəaliyyətindən mina problemlərinin işıqlandırılması, Azərbaycanın mina problemlərinin dünya ictimaiyyətinə çatdırılması prioritet məsələlərdən biri olaraq ön plandadır. Agentlik tərəfindən 2021-2024-cü illər ərzində 24 layihəyə 355 500 manat maliyyə dəstəyi ayrılıb. “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forum təşkil edilib. (2023) Mina problemi ilə bağlı qeyri-hökumət təşkilatlarının rolu xüsusilə vacibdir".

Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev son illər qlobal məcradakı münaqişələr nəticəsində mina qurbanlarının sayının artdığını bildirib.

O deyib ki, Azərbaycanda mina terroru ilə mübarizə sahəsində dövlət qurumları ilə yanaşı vətəndaş cəmiyyəti də mühüm rol oynayır.

"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib ki, 1998-ci ildə yaradılan təşkilat 2007-ci ildə dövlət qeydiyyatına alınıb.

O bəyan edib ki, rəhbəri olduğu təşkilatın 27 şəhər və rayonda həyata keçirdiyi layihələr çərçivəsində 594 nəfər mina qurbanı iştirak edib, bəzi rayonlarda bu qəbildən olan şəxslər üçün arıçılıq və heyvandarlıq təsərrüfatı yaradılıb.

Tədbirdə qeyd olunub ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə mina təhlükəsi sahəsində silsilə hesabatlar hazırlanaraq ictimaiyyətə təqdim olunub.

İştirakçılara, həmçinin 2020-ci ildə agentliyin dəstəyi ilə Cenevrədə BMT çərçivəsində keçirilən konfransda Azərbaycandakı mina təhlükəsi barədə məlumat verilib.

2024-cü ildə Keniyanın paytaxtı Nairobidə təşkil olunan analoji tədbirdə də iştirakçılara ölkəmizdə Qarabağın işğalı dövründə basdırılan minaların törətdiyi təhdidlərlə bağlı ətraflı danışılıb. Son 3 ildə həyata keçirilən layihələr zamanı hazırlanan hesabatlar beynəlxalq qurumların yekun hesabat sənədlərində də əks olunub.

Tədbirin sonunda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Gilavar Foto Klubu" İctimai Birliyinin mina təhlükəsi ilə bağlı hazırladığı film nümayiş etdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://apa.az
archiveBu xəbər 04 Aprel 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see181

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see179

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see157

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see142

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see135

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri