Icma.az
close
up
RU
“Minasız Azərbaycan” uşaqların yaradıcı gücü ilə mina təhlükəsizliyi

“Minasız Azərbaycan” uşaqların yaradıcı gücü ilə mina təhlükəsizliyi

Icma.az bildirir, Sia Az portalına istinadən.

Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə “Minasız Azərbaycan” – uşaqların yaradıcı gücü ilə mina təhlükəsizliyi” adlı tədbir çərçivəsində “Minasız Azərbaycan” yaradıcılıq müsabiqəsinin final mərhələsi keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, 4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Gününə həsr olunan tədbirin əsas məqsədi uşaqlara mina təhlükəsizliyi barədə biliklərin aşılanması, onların təhlükəsizlik anlayışının formalaşdırılması və bu istiqamətdə yaradıcı potensiallarının inkişaf etdirilməsi olub.

“Minasız Azərbaycan” yaradıcılıq müsabiqəsi rəsm, heykəltaraşlıq, video və süni intellekt vasitəsilə yaradılan qrafik dizayn nominasiyaları üzrə keçirilib. Müsabiqəyə məktəblilər tərəfindən təqdim olunan 100-dən çox rəsm, heykəltaraşlıq, süni intellekt ilə yaradılmış qrafik dizayn, mina təhlükəsi ilə bağlı maarifləndirici vizual materiallar, fotoşəkil və digər yaradıcılıq nümunələri və innovativ yanaşmalar təqdim edilib.

Tədbirin yekun hissəsində mina təhlükəsizliyi mövzusunda maarifləndirmə işlərinin yaradıcı yanaşma ilə aparılmasının əhəmiyyəti bir daha vurğulanıb. Müsabiqəyə təqdim olunan işlər arasından dörd nominasiya üzrə I, II, III yerlərin qalibləri seçilərək, diplom və mükafatlarla təltif ediliblər. Daha sonra qonaqlar və tədbirin iştirakçıları seçilmiş əsərlərdən ibarət sərgi ilə tanış olublar.

Həmçinin bu tədbir çərçivəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və 1 nömrəli 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin birgə təşkil etdiyi sərginin hazırlıq mərhələsində uşaqlar peşəkar müəllim və metodistlərin rəhbərliyi ilə mina təhlükəsizliyi mövzusunda öz rəsm əsərlərini yaradıblar. Bu fəaliyyət onların öz fikirlərini ifadə etməsinə, sosial inteqrasiyasına və yaradıcılıq qabiliyyətlərinin inkişafına töhfə verib.

Gələcəyimiz olan uşaqların təhlükəsiz və firavan mühitdə yaşamaları, mina təhlükəsinə dair biliklərinin formalaşdırılması və mütəmadi şəkildə maarifləndirilmə tədbirlərinə cəlb olunmaları mina təhlükəsi ilə mübarizə istiqamətində vacib amillərdən biridir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Aprel 2025 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri