Mingəçevir 29 mindən çox ağacla yaşıllaşdırılıb AZƏRTAC
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Mingəçevir, 10 yanvar, Vüsalə Cənnətova, AZƏRTAC
Mingəçevir şəhəri 29 min 414 ədəd yeni əkilən ağacla yaşıllaşdırılıb.
Mingəçevir şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, yaşıllıqların qorunub saxlanılması və bioloji müxtəlifliyin inkişafı məqsədilə ötən il şəhərdəki park və xiyabanlara, küçə və prospektlərin, magistral yolların kənarlarına, məhəllədaxili ərazilərə sərv, çinar, palıd, Eldar şamı, palma və meyvə ağacları, eləcə də 500 ədəd bəzək kolu, 33 min ədəd mövsümi gül-çiçək əkilib.
Mingəçevir şəhərinin yaşıllaşdırılması üçün işlər bu il də davam etdirilir. Müxtəlif ərazilərə 5 minə yaxın ağac tingi, 500 ədəd bəzək kolu, 44 min ədəd mövsümi gül-çiçək əkilməsi planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 10 Yanvar 2025 20:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















