Dünyada ən az işsizi olan ölkələr: Azərbaycan neçənci yerdədir?
Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Beynəlxalq təşkilatların (Dünya Bankı, BVF, BƏT) və müvafiq ölkələrin rəsmi statistika qurumlarının 2026-cı il üzrə ən son hesabatlarına əsasən, dünyada hər 100 000 nəfərə düşən nisbətdə ən aşağı işsizlik səviyyəsinə malik ölkələr siyahısına Qətər başçılıq edir. Bu ölkədə hər 100 minə 130 nəfər, yəni 0,13 faiz nisbətində işsiz düşür.
"Bakupost" xəbər verir ki, işsizlik göstəricisində ikinci mövqeni isə Kamboca tutur. Burada hər 100 minə görə 260 nəfər, faiz nisbətində 0,26 faiz işsiz var.
Üçlüyü Niger tamamlayır. Bu Afrika ölkəsində hər 100 minə 390, yəni 0,39 faiz işsiz qeydə alınıb.
İlk onluqda sonrakı yerlərdə 100 minə 800 nəfər(0,80 faiz) olmaqla Tailand, 900(0,90 faiz) nəfər olmaqla Brundi, 1100(1,10 faiz) olmaqla Çad və Bəhreyn, 1200(1,20 faizlə) Laos, 2600(2,60 faiz)lə Beliz və 2800(2,80 faiz) nəfər olmaqla Çexiya gəlir.
Sözügedən göstəriciyə görə, Azərbaycan beynəlxalq reytinqdə orta sıralardadır. Azərbaycan Mərkəzi Bankının və Dövlət Statistika Komitəsinin 2026-cı il məlumatlarına görə, ölkəmizdə hər 100 minə 5200-5300 (5,2-5,3 faiz) işsiz düşür ki, bu göstəricilə Azərbaycan 103 ölkə arasında 49-cu yerdə qərarlaşıb. Azərbaycan bu göstərici ilə qonşu Gürcüstan (13.9%) və Ermənistandan (12.8%) daha yaxşı vəziyyətdə olsa da, Qazaxıstan (4.6%) kimi ölkələrdən geridə qalır.
Onu da qeyd edək ki, Qətər və Avropa ölkələri xaric, siyahıdakı bir çox Asiya və Afrika ölkələrində (məsələn, Niger, Kamboca, Laos) işsizliyin aşağı olması inkişaf səviyyəsindən deyil, rəsmi qeydiyyata alınmayan gizli/kənd təsərrüfatı məşğulluğunun yüksək olmasından qaynaqlanır.
Rüfət Sultan,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 04 Noyabr 2026 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















