Demokratların qələbəsi: İranı nələr gözləyir? AÇIQLAMA
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Bunu Ölkə.az-a açıqlamasında politoloq Fərhad Məmmədov deyib.
Onun sözlərinə görə, demokratlar, ilk növbədə Donald Tramp administrasiyasının əsas simalarını, nazirləri, dövlət katibini və digərlərini qanunverici orqanın komitələrinə çağırıb onların fəaliyyətini təftiş edəcəklər:
“Demokratlar hazırkı hökumətin rəsmilərinə etimadsızlıq elan etmək üçün fəaliyyət göstərəcəklər”.
Siyasi şərhçi hesab edir ki, bundan başqa, demokratlar Ukrayna müharibəsində Vaşinqtonun vasitəçiliyini, xüsusən də Trampsayağı vasitəçiliyi məhdudlaşdıracaqlar.
İrana gəlincə, F.Məmmədov xatırladıb ki, D.Trampın Tehrana qarşı 60 günlük xüsusi hərbi əməliyyat keçirmək hüququ var:
“O, bu hüquqdan istifadə edib, 60 gün ərzində tam sərbəst şəkildə, öz qərarı ilə müharibəni apara bilər. İranda da artıq belə bir qənaət formalaşıb ki, ABŞ uzunmüddətli müharibə aparmayacaq. Ona görə də İran buna uyğun addımlar atacaq”.
Vaşinqtonun Cənubi Qafqaz siyasətinə gəlincə, politoloq burada da dəyişikliklər proqnozlaşdırır.
“Ən azı, erməni diasporunun demokratlar üzərində təsiri çox böyükdür. Ona görə də sülh təşəbbüslərində ABŞ-nin mövqeyinin və yaxud Trampın atdığı addımların müəyyən dərəcədə təftiş edilməsini gözləmək mümkündür.
Nümayəndələr Palatası və Senat gələn ilin əvvəli yığılacaq. Ona görə də Trampın hələ ay yarım vaxtı var ki, bütün bu istiqamətlərdə hansısa addımlar atsın”.
Qeyd edək ki, ilkin nəticələrə görə, Demokratlar Partiyası artıq 226 yer (Nümayəndələr Palatasında cəmi 435 yer var, çoxluq üçün 218 yer lazımdır), respublikaçılar isə - 129 əldə edib.
Hazırkı vaxta qədər Demokratlar Partiyasının nümayəndələri həmçinin ABŞ Senatında da 53 yer (100 yerdən), respublikaçılar isə 42 yer əldə ediblər.
Proqnoz reallaşarsa, demokratlar 1993-1995-ci illərdən bəri Nümayəndələr Palatasında ən böyük təmsilçiliyinə nail olacaqlar.
ABŞ Prezidenti Donald Tramp Konqresə aralıq seçkilərin nəticələrini qəbul etdiyini və demokratlarla əməkdaşlığa hazır olduğunu bildirib.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 04 Noyabr 2026 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















