Icma.az
close
up
RU
Mingəçevir , Baku Sportinq və MOİK qalib gəldi

Mingəçevir , Baku Sportinq və MOİK qalib gəldi

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün futbol üzrə ölkə çempionatının 1-ci liqasında 10-cu tura start verilib.

"Football-plus.az" xəbər verir ki, turun ilk matçı Mingəçevirdə keçirilib. Burda şəhərin eyniadlı təmsilçisi "Cəbrayıl"ı məğlub edib. "Baku Sportinq" "doğma divarlar" arasında "Şahdağ Qusar"la qarşılaşıb. Günün növbəti matçında MOİK “Şimal”ı qəbul edib.
Turun qalan oyunları dekabrın 11-nə təsadüf edəcək. Çempionluğa iddialıların “doğma divarlar” arasında keçirəcəyi oyunlara şahidlik edəcəyik: “Şəfa” “Zaqatala”nı, “Səbail” “Difai”ni qəbul edəcək. Elgiz Kərəmlinin komandası növbəti qələbəsini qazanmaqla liderliyini möhkəmləndirməlidi. Əsas rəqiblərini xeyli qabaqlayan paytaxt təmsilçisinin futbolçularında arxayınlıq yaranmayıbsa, 3 xala yiyələnmək çətin olmayacaq. Lakin cüzi səhv belə komandanın büdrəməsiylə nəticənə bilər. Axı “Zaqatala”nın inamlı oyununa, əzmkarlığına hamı bələddi. “Dənizçilər” isə yeni baş məşqçi Adil Şükürovun rəhbərliyi altında ilk sınaqdan üzüağ çıxmalıdı. Bayıl təmsilçisi mütləq qələbə qazanmalıdı ki, liderlə aradakı xal fərqi artmasın. Düzdü, rəqib çempionatın ən zəiflərindən olan “Difai”di. Ancaq ağsuluların bu mövsüm “Şəfa”dan xal qopardığını unutmamalıyıq, yəni onlar iddialılara “dişini göstərə” bilir!
10 dekabr
Mingəçevir – Cəbrayıl 2:0

Samir Abdullayev, 15-p. Qurban Səfərov, 52
Mingəçevir, Yusif Məmmədzadə adına şəhər stadionu (ehtiyat meydança).
Baku Sportinq – Şahdağ Qusar 2:1
Luka Stevanoviç, 2. Xəyyam Məmmədli, 28 - Ruslan Voronsov, 24
Qırmızı vərəqə: Əli Mürsəlov, 15 (Baku Sportinq).
Buzovna, qəsəbə stadionu. Saat 14.30.
MOİK – Şimal
Seyxan Fərəcov, 20-p.; 71
Binə, qəsəbə stadionu. Saat 14.30.
11 dekabr
Şəfa – Zaqatala

Binə, qəsəbə stadionu. Saat 14.30.
Səbail – Difai
Bakı, "ASCO Arena". Saat 15.00.
Xal durumu: Şəfa - 23, Mingəçevir, Baku Sportinq - 19, Səbail - 18, Zaqatala - 16, Cəbrayıl - 12, MOİK - 11, Şahdağ Qusar - 10, Difai - 5, Şimal - 2.
Bombardir: Seyxan Fərəcov (MOİK) - 9.
KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:39
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 Dekabr 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see379

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see255

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see209

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see183

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see181

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see162

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see154

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see133

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see121

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri