Mingəçevir in hücumçusu: “Premyer Liqaya yüksələrək azarkeşləri sevindirmək istəyirik”
Icma.az bildirir, Operativmedia saytına əsaslanaraq.
“Mingəçevir” klubunun hücumçusu Qurban Səfərov mövsümün ilk yarısı, komandanın hədəfləri və I Liqadakı mövcud problemlərlə bağlı fikirlərini bölüşüb.
Operativ Media-ya müsahibəsində Səfərov bildirib ki, mövsümün ilk yarısı ümumilikdə pis keçməsə də, daha çox xal toplamaq mümkün idi:
“Bir sıra çətinliklərimiz oldu. Daha yaxşı nəticə qazana bilərdik, lakin buna öz səhvlərimiz mane oldu. Hədəfimiz dəyişməyib və həmin iddiamızda qalırıq. Mövcud çətinliklərin öhdəsindən gəlməyə çalışacağıq. Klubda müəyyən problemlər olsa da, qış fasiləsindən sonra hər şeyin qaydasına düşəcəyinə inanırıq”.
Futbolçu Mingəçevir şəhərinin futbol üçün əlverişli məkan olduğunu vurğulayıb:
“Mingəçevir futbol üçün gözəl şəhərdir. Burada daha yaxşı çıxış edə bilərdim. Mövsümün birinci dövrəsi tam istədiyim kimi keçmədi”.
O, I Liqada əsas problemlərdən birinin stadionlarla bağlı olduğunu da qeyd edib:
“Liqa üzrə əsas problem stadionlardır. Hər komandanın öz meydanında oynaması daha yaxşı olardı. Hazırda iki komanda oyunlarını Şamaxıda keçirir”.
Qurban Səfərov “Mingəçevir”lə mövsümün sonunadək müqaviləsinin olduğunu bildirib:
“Hazırda başqa klublardan təklifim yoxdur. Bütün diqqətimi ‘Mingəçevir’ə yönəltmişəm”.
Səfərov sonda azarkeşlərə təşəkkür edib və komandanın əsas məqsədini açıqlayıb:
“Azarkeşlərimizə göstərdikləri dəstəyə görə minnətdarıq. Premyer Liqaya yüksələrək onları sevindirmək istəyirik”.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 26 Dekabr 2025 14:58 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları