Mingəçevir Yaşıllaşdırma İdarəsi 12 min metr tikanlı məftil niyə almaq istəyirmiş?
Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Mingəçevir Yaşıllaşdırma və Sanitar-Təmizlik İdarəsinin keçirdiyi tender ləğv edilib.
Tribunainfo.az xəbər verir ki, buna səbəb nəzarət orqanının qərarı olub.
Beklə ki, Anti İnhisar və İstehalak Bazarına Nəzarət Dövlət Agentliyi tenderin məqbul olmadığı qənaətinə gəlib. Üstəlik, AİBNDA/SQ-8491/2025 nömrəli protokol belə tərtib edib.
Qeyd edək ki, tenderin keçirilməsinin məqsədi mal-materialların və inventarların satın alınması olub. Bunun üçün idarə 227 min 650 manat xərcləməyi planlaşdırıb.
Mingəçevir Yaşıllaşdırma və Sanitar-Təmizlik İdarəsinin ləğv olunan tenderində maraqlı bir məqam diqqəti çəkir. Belə ki, alınacaq malların siyahısında 12 min metr uzunluğunda tikanlı məftil qeyd edilib. Əcəba, İdarə Mingəçeviri tikanlı məftillə əhatələmək fikrinə düşüb? Yoxsa, Mingəçevir hansısa ölkə ilə həmsərdəddir deyə, onu tikanlı məftillərlə əhatələmək fikrinə düşüb?
Fərda Uğur
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 05 Sentyabr 2025 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















