Icma.az
close
up
RU
Mingəçevirdə avarçəkmə üzrə Azərbaycan birinciliyi keçirilir FOTOLAR

Mingəçevirdə avarçəkmə üzrə Azərbaycan birinciliyi keçirilir FOTOLAR

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində avarçəkmə üzrə yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyinin açılışı olub. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən birgə təşkil olunan turnirin açılış mərasimində çıxış edənlər bu yarışın avarçəkmə idman növünə marağın artırılması baxımından əhəmiyyətindən söz açıblar.

Sonra birinciliyə strat verilib.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat katibi Vüsal Qurbanovun SİA-ya verdiyi məlumata görə, turnirdə 2007-2012-ci il təvəllüdlü 100-dən çox idmançı müxtəlif yaş kateqoriyalarında akademik, kayak və kanoe növlərində mübarizə aparır. Bu say ötən illərlə müqayisədə daha çoxdur. İdmançılar akademik növdə 1, 2 və 4 nəfərlik qayıqlarda 500, 1000 və 1500 metr, 1 nəfərlik kanoedə 200, 500 və 1000 metr, 1, 2 və 4 nəfərlik kayakda 200, 500 və 1000 metr məsafədə medal qazanmağa çalışırlar.

“İlk dəfə olaraq ölkədaxili turnirdə 4 nəfərlik kayak qayığında yarışlar keçirilir. Bu isə o deməkdir ki, yarışda daha çox idmançı iştirak edir. Ötən illərlə müqayisədə, bu il yarışa daha peşəkar idmançılar cəlb edilib. Ümumiyyətlə, prioritetlərdən biri spesifik olan bu idman növünə marağı, kütləviliyi artırmaq, yeniyetmə və gənclər arasından güclü, peşəkar idmançılar yetişdirmək, fərqlənənləri milli komandaya cəlb etməkdir”, - deyə Vüsal Qurbanov bildirib.

Birincilik martın 17-də də davam edəcək. Yekunda qaliblər diplom və medallarla mükafatlandırılacaqlar.

Birincilikdə fərqlənənlər Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar may ayında keçiriləcək “Prezident kuboku” beynəlxalq reqatasında iştirak edəcəklər. Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilmiş yarış Suqovuşan su anbarında və Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində reallaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Mart 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see383

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see352

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see302

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see278

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see275

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see267

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see257

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see249

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see248

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see234

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see225

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see224

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see221

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see217

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see216

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see207

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see205

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri