Mingəçevirdə danışılmış oyunlarla bağlı yeni xəbər daha bir futbolçu əsas şübhəlilər siyahısında!
Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
Danışılmış oyunlar üzündən "Mingəçevir"lə bağlı aparılan araşdırmadan xəbərdarsız. Xatırladaq ki, indiyə qədər bu səbəbdən 8 futbolçu saxlanılıb.
Hadisələrin axarı ilə bağlı müəyyən xəbərləri diqqətinizə çatdırmışıq. Onu da demişik ki, əsas şübhələr Muxtar Nəzərli və Mövlan Kərimovun üzərində cəmləşib.
"Football-plus.az"a proseslə bağlı yeni məlumat daxil olub. Belə ki, saxlanılanlardan daha biri əsas şübhəli kimi ciddi nəzarət altına alınıb. Söhbət Xəyal Xudaverdiyevdən gedir.
Əlbəttə, bu barədə yekun və rəsmi məlumatı məsələ üzrə tədqiqat işləriylə məşğul olan qurumlar açıqlayacaq.
Xatırladaq ki, danışılmış oyunlar üzündən saxlanılanların siyahısında Xəyal Muradov, Tural Məmmədzadə, Fuad Əhmədov, Elnur Mirzəyev və Elmin Bayramovun da adı var.
KƏNAN BAHADIR
Baxış sayı:107
Bu xəbər 02 Yanvar 2025 08:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















