Icma.az
close
up
RU
Mingəçevirdə karbon emissiyası sıfıra bərabər olan pellet yanacağının istehsalına və tətbiqinə başlanılıb FOTO AZƏRTAC

Mingəçevirdə karbon emissiyası sıfıra bərabər olan pellet yanacağının istehsalına və tətbiqinə başlanılıb FOTO AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mingəçevir, 21 noyabr, Elcan Məmmədov, AZƏRTAC

Mingəçevirdə yaşıl enerji hədəflərinə xidmət edən və karbon emissiyasının sıfıra bərabər olduğu pellet yanacağının istehsalına və tətbiqinə başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhər ərazisində vegetasiya dövrünü başa vuran ağac və kolların doğranması zamanı əmələ gələn tullantılar bio yanacağın alınması üçün xammal bazasını formalaşdırdığından, çeşidlənərək istehsal sahəsinə ötürülür.

Mingəçevir şəhərinin Davamlı enerji və iqlim fəaliyyəti planının işçi qrupunun rəhbəri Şəhriyar Mustafayev bu günə qədər 850 ton pellet yanacağının istehsal olunduğunu deyib: “Bio yanacaqdan 4000 MVt/il təmiz enerji istehsal olunub və havaya atılacaq karbon emissiyasının 800 ton/il azalmasına gətirib çıxarıb. Bu da ölkəmizin yaşıl enerjiyə keçid hədəflərinə töhfədir. Gələcəkdə planlaşdırırıq ki, bərk və yaş məişət tullantılarının emalından da enerji əldə olunsun və tullantılara sərf olunan vəsaiti minumuma endirək”.

İstehsal olunan 8-9 millimetr diametrli pelletlər həm yerli, həm də xarici bazarlarda satışa çıxarılır. Bu yanacaq növündən evlərdə, ofislərdə, kənd və sənaye təsərrüfatlarında istilik əldə etmək məqsədilə istifadə olunur. Bioyanacağın istifadədən sonra aşağı tullantı nisbətinin 1 faizə bərabər olması, digər yanacaq növləri ilə müqayisədə üstünlüklərindən biridir.

“Hazırda olduğumuz məkanda açıq havada karbon emisiyasının göstərici 0.0426 pp-dir. Pellet yanacağından istifadə olunan sobaya yaxınlaşaraq tüstü bacasından karbon emissiyasını ölçək. Gördüyünüz kimi, göstəricidə hər hansı dəyişiklik yoxdur. Bu da o deməkdir ki, pellet yanacağının karbon emisiyası sıfıra bərabədir. Açıq və qapalı məkanlarda rahatlıqla istifadə edilə bilər,” – deyə istehsal sahəsinin əməkdaşı Elmir Hacızadə isə bildirib.

Pellet yanacağından Mingəçevirdə idarə və müəssisələrin, eləcə də iaşə obyektlərinin isidilməsində geniş istfadə olunur. Bir soba ilə 1 saat ərzində 1 kiloqram pellet yanacağı istifadə etməklə, təxminən 60-70 kvadratmetr sahəni isitmək mümkündür.

Bu yanacaq yerli bazarda istehlakçılara kiloqramı 55 qəpiyə təklif olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2024 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see658

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see273

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see253

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see248

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see219

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see218

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see185

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see178

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see177

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see151

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see145

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri