Icma.az
close
up
RU
Mingəçevirdə karbon emissiyası sıfra bərabər olan pellet yanacağının istehsalına və tətbiqinə başlanılıb FOTO AZƏRTAC

Mingəçevirdə karbon emissiyası sıfra bərabər olan pellet yanacağının istehsalına və tətbiqinə başlanılıb FOTO AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mingəçevir, 21 noyabr, Elcan Məmmədov, AZƏRTAC

Mingəçevirdə yaşıl enerji hədəflərinə xidmət edən və karbon emissiyasının sıfra bərabər olduğu pellet yanacağının istehsalına və tətbiqinə başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhər ərazisində vegetasiya dövrünü başa vuran ağac və kolların doğranması zamanı əmələ gələn tullantılar bioyanacağın alınması üçün xammal bazasını formalaşdırdığından, çeşidlənərək istehsal sahəsinə ötürülür.

Mingəçevir şəhərinin Davamlı enerji və iqlim fəaliyyəti planının işçi qrupunun rəhbəri Şəhriyar Mustafayev bu günə qədər 850 ton pellet yanacağının istehsal olunduğunu deyib: “Bioyanacaqdan 4000 MVt/il təmiz enerji istehsal olunub və havaya atılacaq karbon emissiyasının 800 ton/il azalmasına gətirib çıxarıb. Bu da ölkəmizin yaşıl enerjiyə keçid hədəflərinə töhfədir. Gələcəkdə planlaşdırırıq ki, bərk və yaş məişət tullantılarının emalından da enerji əldə olunsun və tullantılara sərf olunan vəsaiti minimuma endirək”.

İstehsal olunan 8-9 millimetr diametrli pelletlər həm yerli, həm də xarici bazarlarda satışa çıxarılır. Bu yanacaq növündən evlərdə, ofislərdə, kənd və sənaye təsərrüfatlarında istilik əldə etmək məqsədilə istifadə olunur. Bioyanacağın istifadədən sonra aşağı tullantı nisbətinin 1 faizə bərabər olması, digər yanacaq növləri ilə müqayisədə üstünlüklərindən biridir.

“Hazırda olduğumuz məkanda açıq havada karbon emissiyasının göstərici 0.0426 pp-dir. Pellet yanacağından istifadə olunan sobaya yaxınlaşaraq tüstü bacasından karbon emissiyasını ölçək. Gördüyünüz kimi, göstəricidə hər hansı dəyişiklik yoxdur. Bu da o deməkdir ki, pellet yanacağının karbon emissiyası sıfra bərabərdir. Açıq və qapalı məkanlarda rahatlıqla istifadə edilə bilər,” – deyə istehsal sahəsinin əməkdaşı Elmir Hacızadə isə bildirib.

Pellet yanacağından Mingəçevirdə idarə və müəssisələrin, eləcə də iaşə obyektlərinin isidilməsində geniş istifadə olunur. Bir soba ilə 1 saat ərzində 1 kiloqram pellet yanacağı istifadə etməklə, təxminən 60-70 kvadratmetr sahəni isitmək mümkündür.

Bu yanacaq yerli bazarda istehlakçılara kiloqramı 55 qəpiyə təklif olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2024 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see293

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see269

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see199

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see196

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see142

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see141

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see140

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see138

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see135

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri