Mingəçevirdə qaydaları pozan sürücü saxlanıldı; yetkinlik yaşına çatmadığı bəlli oldu VİDEO
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Mingəçevirdə qaydaları kobud şəkildə pozan sürücü görüntülərini “TikTok” sosial şəbəkəsində paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, 10-CO-192 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini nasaz vəziyyətdə və qeydiyyat nişanı olmadan idarə edib. Eyni zamanda o, maşının konstruksiyasına müdaxilə edib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən sürücünün yetkinlik yaşına çatmayan şəhər sakini olduğu müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək aidiyyəti üzrə ŞİHB yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya göndərilib.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 07 May 2025 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















