Mingəçevirdə Vətən müharibəsi iştirakçısı bıçaqlanıb
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Mingəçevirdə bıçaqlanma qeydə alınıb.
Modern.az Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
1999-cu il təvəllüdlü Elgün Rzayev bıçaq xəsarətləri ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
İlkin məlumata görə, hadisəni törətməkdə 1991-ci il təvəllüdlü Vüsal Kazımlı şübhəli bilinir. Onun Elgün Rzayevi mübahisə zamanı bıçaqladığı bildirilir.
Qeyd edək ki, yaralanan Elgün Rzayev Vətən müharibəsinin iştirakçısıdır.
Faktla bağlı araşdırma aparılır.
Hadisə ilə bağlı DİN-dən bildirilib ki, gecə saat 02:00 radələrində Mingəçevir şəhəri ərazisində bıçaqlanma olub. 27 yaşlı Elgün Rzayev kəsilmiş deşilmiş xəsarətlərlə xəstəxanaya müraciət edib.
Əməli törədən şəxsin saxlanılması istiqamətində polis tərəfindən tədbirlər həyata keçirilir.
Baxış sayı:47
Bu xəbər 09 Noyabr 2026 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















