Icma.az
close
up
RU
“Mingəçevir”lə anlaşan Amil Yunanov: “Şəfa”da baş məşqçi mənə şans vermirdi”

“Mingəçevir”lə anlaşan Amil Yunanov: “Şəfa”da baş məşqçi mənə şans vermirdi”

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Amil Yunanov Azərbaycanın Birinci Liqa klubu “Şəfa”nı yetərincə oynamaq şansı qazanmadığı üçün tərk edib.

Birinci Liqanın digər təmsilçisi “Mingəçevir”lə anlaşan futbolçu sabiq komandasında problemlərlə üzləşdiyini söyləyib.

“Şafa”da, demək olar ki, baş məşqçi mənə şans vermirdi. Mənim üçün bu bir az ağır idi, çünki karyeramda 6 ay ərzində cəmi 20-25 dəqiqə şans qazandığım bir dövr olmamışdı. Oynayanda da cəmi 5-10 dəqiqə meydana çıxırdım. Məşqçidən səbəbini soruşanda isə bildirdi ki, futbolumu bəyənmir. Amma düşünürəm ki, məsələ futbol deyildi, başqa səbəblər var idi. Çünki mən uşaq deyiləm, özümü tanıyıram və nəyə qadir olduğumu bilirəm. “Mingəçevir”lə şərtlərimiz də uyğun gəldi və qarşılıqlı razılıq əsasında “Şəfa”dan ayrıldım”, - deyə o, “Report”a açıqlamasında bildirib.

O, seçimi və yeni klubu ilə müqavilənin müddəti barədə məlumat verib:

“Mingəçevir”lə müqavilə bağladım, yəqin ki, tezliklə rəsmən açıqlayacaqlar. Hələlik müqavilə 5 aylıq, yəni yaya qədər nəzərdə tutulub. Ondan sonra vəziyyətə baxacağıq. Əslində bir neçə təklifim var idi, bəzi klublarla danışıqlar gedirdi. Amma “Mingəçevir”in rəhbərliyi ilə görüşdüm, söhbət etdik, hədəfləri məni cəlb etdi. Ramiz Məmmədovu uzun illərdir tanıyıram, hələ “Qəbələ”də olanda bir yerdə çalışmışıq. Onun məni komandada görmək istəməsi qərarıma təsir etdi”.

A.Yunanov “Mingəçevir”in turnir cədvəlindəki vəziyyəti və iddiaları barədə fikirlərini bölüşüb:

“Mingəçevir” hazırda 4-cü pillədə yer alsa da, hələ heç nə bitməyib. Biz bura vəziyyəti düzəltmək üçün gəlmişik. Rəhbərliklə danışanda məqsədin Premyer Liqaya çıxmaq olduğunu bildirdilər. Bu il bu nə qədər realdır? Əlbəttə, futboldur, xal fərqi o qədər də böyük deyil və bunu aradan qaldırmaq olar. Vaxtilə “Şamaxı”da da oxşar vəziyyət idi, 8-9 xal geridə idik, amma gəlib çempion olduq. “Şəfa” hazırda yaxşı heyət yığıb, amma “Mingəçevir” üçün də hər şey ola bilər; həm çempionluq, həm də ikinci yerlə pley-off şansı mümkündür”.

Qeyd edək ki, Amil Yunanov mövsümün ilk yarısını 30 xalla turnir cədvəlinə başçılıq edən “Şafa” klubunda keçirib. Hesabında 21 xal olan “Mingəçevir” dördüncü pillədə qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:276
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 19 Yanvar 2026 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri