Icma.az
close
up
RU
Minifutbol yığmamızda “maksipul” davası

Minifutbol yığmamızda “maksipul” davası

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Minifutbol üzrə millimizin dünya çempionu olması hamımızı sevindirdi. Futbolda daim uğursuzluğa düçar olduğumuzdan FİFA və UEFA-nın tanımadığı sahədə olsa belə, uğur qazanmağımız toy-bayram kimi qeyd olundu, el şənliyinə çevrildi. Çempionlar üçün şəhər turu təşkil olundu, xalq manıslarımızın və xarici estrada ulduzlarının iştirakı ilə pulsuz konsertlər keçirldi. Hamımız əl qaldırıb oynayırdıq, oynamağı bacarmayanlar isə "qonşudan qalma geri" prinsipini əldə tutaraq, ortaya çıxıb oynayanlara əl çalırdı. Telekanallar Elşad Quliyevin çalışdırdığı yığmanın uğurlu çıxışından silsilə verilişlər hazırladı, mətbuat futbolçularımızın xüsusi istedadını qabardıb, onları az qala Messi, Ronaldo, Yamal səviyyəsində futbolçu olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışdı.

Milli üzvlərindən söz düşmüşkən, onlar üçün əsl bayram turnirdən sonra oldu. Eşitdiyimizə görə, Minifutbol Federasiyamız uca xalqımıza heç vaxt yaşamadığı həzz dəqiqələrini yaşatdığına görə, tarixi uğurun memarlarını mükafatlandırıb. Yalan-doğru, çempionluqda əməyi keçən, tribunaları dolduran azarkeşləri sevindirən futbolçularımızın hər birinə 40 min manat ənam verib. Bundan əlavə qrup mərhələsindən çıxmağın, mərhələ adlamağın bonusu da olub. Bir sözlə, dünya çempionatını ən yüksək səviyyədə təşkil etmək üçün dəridən-qabıqdan çıxan federasiya rəsmiləri əllərindən gələn hər şeyi ediblər ki, milli üzvləri mundialdan sonra rahat dincəlsinlər, istədikləri yerdə qəlyan çəksinlər, maşınlarını dəyişsinlər və s.

Ancaq yığma üzvləri dünya çempionu olandan sonra elə qaza gəliblər ki, gözləri heç kimi və heç nəyi görmür. Yayılan söz-söhbətə görə, şişirdilmiş qəhrəmanlar FİFA və UEFA-nın tanımadığı turnirdə qalib olduqlarına görə verilən mükafatdan razı düşməyiblər. Onlar indi dövlət başçısı tərəfindən federasiyanın inkişafına ayrılan 2 milyon manatdan da pay istəyirlər, bunun davasını edirlər.

Bu məsələdə kimin haqlı, kimin haqsız olduğunu deyə bilmərik. Ancaq görünən odur ki, bu gün üçün Minifutbol Federasiyasının rəhbərliyi pul üstündə futbolçularla kriminal dillə desək, "razborka" aparır. Sonda sevinən tərəf kimin olacağını proqnozlaşdırmaq fikrimiz yoxdu, amma məsələnin cəmi iki başı var: 1. futbolçulara əlavə pay söz verilibsə, niyə ödənmir?; 2. futbolçular sonradan iştaha gəliblərsə, haqlı tərəf Federasiyadı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://sport24.az
archiveBu xəbər 20 İyun 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see264

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see264

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see246

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see242

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see237

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see237

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see231

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see225

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see224

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see218

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see206

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see204

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see202

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see201

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see201

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see200

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see200

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see199

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see198

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri