Minifutbolun uğuru ümumilikdə futbolun inkişafına ciddi təkan verəcək
Icma.az, Demokrat.az saytına istinadən bildirir.
"Azərbaycan minifutbol millisinin Dünya Çempionu olması ölkəmizin idman tarixində xüsusi bir hadisədir. Bu qələbə yalnız bir idman uğuru deyil, həm də illərdir formalaşmış stereotiplərin qırılması baxımından mühüm əhəmiyyət daşıyır. Çünki Azərbaycan ənənəvi olaraq daha çox fərdi idman növlərində – güləş, ağırlıqqaldırma, cüdo və digər sahələrdə nailiyyətlər əldə etmişdir. Komanda idman növlərində isə belə böyük uğurlar nadir hallarda baş verib".
Bu sözləri Demokrat.az-a açıqlamasında tanınmış idman jurnalisti, “Rekord.az” saytının baş redaktoru Kənan Məstəliyev deyib.
O bildirib ki, bu baxımdan, minifutbol üzrə milli komandamızın dünya çempionluğu təkcə idman yox, həm də sosial və psixoloji bir dönüş nöqtəsidir:
"Komandamız 2022-ci ildə Avropa Çempionu olduqda bu nəticə bir sensasiya kimi qəbul edilmişdi. Lakin ötən illərdə görülən məqsədyönlü işlər göstərdi ki, bu uğur təsadüf deyildi. Minifutbol Federasiyası bu prosesi düzgün idarə etdi və komanda ardıcıl şəkildə uğurlar qazandı.
Dünya Çempionatında Azərbaycan komandası Asiya, Afrika və Avropanın güclü komandalarını məğlub edərək finala yüksəldi və orada da Macarıstan üzərində inamlı qələbə qazanaraq çempionluğu bayram etdi. Bu uğur, peşəkar məşqçilik, təşkilatçılıq və komanda ruhunun sintezinin nəticəsi idi".
Onun sözlərinə görə, yarışın Bakıda yüksək səviyyədə təşkili də ayrıca təqdirəlayiqdir:
"Tamamilə yerli futbolçulardan ibarət olan bu komanda, milli ruh və birlik hissi ilə bir araya gəlib bu nəticəni əldə etdi. Bu həm də göstərdi ki, milli uğurlar üçün xarici oyunçulara ehtiyac olmadan da nəticə qazanmaq mümkündür.
Bu tarixi qələbə həm idman ictimaiyyətimiz, həm də ölkəmiz üçün yeni bir mərhələnin başlanğıcı ola bilər. Minifutbolun uğuru, böyük futbola da motivasiya verəcək, valideynlərin uşaqlarını futbola yönəltməsinə səbəb olacaq və ümumilikdə futbolun inkişafına ciddi təkan verəcəkdir.
Azərbaycan Minifutbol Millisini, məşqçilər heyətini, federasiyanı və bütün azarkeşləri bu möhtəşəm uğur münasibətilə ürəkdən təbrik edirik. Bu qələbə Azərbaycan idmanının parlaq gələcəyinə atılmış güclü bir addımdır".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Minifutbolun uğuru,futbolun durğunluğu
18 İyun 2025 19:55
Taleh Nəsibov: Bu cür turnirlər Azərbaycanda minifutbolun inkişafına təkan verir
22 Noyabr 2025 16:09
“Şuşa ümumilikdə türk dünyasının ciddi platformasına çevrilir”
07 Noyabr 2024 11:58
Ümumilikdə 818 uşaq övladlığa verilib
13 Yanvar 2026 12:32
Bu layihə mini futbolun inkişafına töhvə verəcək XƏTAİ BAĞIROV
15 Yanvar 2026 15:26
Baxış sayı:102
Bu xəbər 02 İyun 2025 18:12 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları