Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Bu meyvələrin qabığını yemək olarmı?

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Minimum əməkhaqqı məbləğinə hər il baxılacaq

Minimum əməkhaqqı məbləğinə hər il baxılacaq

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Milli Məclis “Əmək Məcəlləsinə” minimum əməkhaqqı ilə bağlı təklif edilən dəyişiklikləri birinci və ikinci oxunuşda qəbul edib. Dəyişikliklərə əsasən, minimum əməkhaqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq. Bu, o deməkdir ki, dəyişiklik təsdiq olunduqdan sonra minimum əməkhaqqı artımında dövrülük təmin olunacaq. Bu artımların artıq qanunla tənzimlənməsi anlamına da gələcək.

Minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi təklifləri əsasında baxılması beynəlxalq sosial normativlərdən irəli gələn amildir. Beynəlxalq Əmək Təşkilatının tövsiyələrinə əsasən, işçilərin minimum yaşayış səviyyəsini təmin edən və dünyada sosial siyasət alətlərindən biri olan minimum əməkhaqqının tənzimlənməsi hökumətin sosial siyasətində daim əsas prioritet olmalıdır. Eləcə də Dünya Bankı Qrupunun yeni qiymətləndirmə metodologiyası olan “Business Ready” sənədinə əsasən, “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun Fəaliyyət Planı”nda müvafiq dövlət qurumuna hər il minimum əməkhaqqının artırılması ilə bağlı təklifləri hazırlayaraq adiyyəti üzrə təqdim etmək tapşırılıb.

Dünya Bankının tövsiyəsinə əsasən...

Həmçinin, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənədində əməkhaqlarının artırılması, işləyənlərin layiqli həyat səviyyəsinin təmin edilməsi məqsədilə minimum əməkhaqqının məbləğinin yüksəldilərək xalis minimum əməkhaqqı ölçüsünün xalis orta aylıq əməkhaqqının nisbətinin məqbul səviyyəsinə çatdırılması nəzərdə tutulub.

Qeyd olunanlar nəzərə alınaraq Baş nazirin müavini, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədri tərəfindən 2025-ci il 19 fevral tarixində təsdiq edilmiş “Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı “Əmək münasibətləri və məşğulluq sahəsində qanunvericilik islahatlarının aparılması” tədbirinin icrasını təmin etmək məqsədilə Əmək Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi hazırlanıb. Həmin layihə artıq parlamentdə ilk oxunuşda təsdiqlənib və bu, o deməkdir ki, Azərbaycan hökuməti Dünya Bankının adıçəkilən indikator üzrə tədbirinin icrasını təmin edib.

Hansı şəxslərin minimum əməkhaqqı artacaq?

Minimum əməkhaqqı artımı sayəsində ölkə üzrə təxminən 800 min vətəndaşın əməkhaqqının artımı təmin olunur. Belə ki, dövlət büdcəsindən maliyyələşən bəzi sahələrdə əməyin ödənilməsi Vahid Tarif Cədvəli (VTC) əsasında aparılır. Vahid Tarif Cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilib.  Hazırda ən aşağı maaş 400, ən yüksək isə 1150 manatdır. Bu o deməkdir ki, minimum əməkhaqqının artırılması bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əməkhaqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır. Xüsusilə də, sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman, kənd təsərrüfatı, ekologiya, ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat, rabitə, meliorasiya, su təsərrüfatı və s. sahələr üzrə maaşların artımları təmin olunur. Artımlar həm də özəl sektoru əhatə edir. Çünki minimum əmək haqqı artımları mülkiyyət növündən asılı olmayaraq bütün sektorlarda çalışan və aşağı maaş alan işçiləri əhatə edir. Bu baxımdan özəl sektorda 400 minə yaxın şəxsin də maaşı artmış olur.

Minimum əməkhaqqının nə qədər artırılmasına gəlincə, bu rəqəm ölkədə inflyasiya ilə bağlı gözləntilər, sosial müdafiə sektorunda yığım imkanları və digər amillər nəzərə alınaraq müəyyənləşəcək. Artım əhalinin gəlirlərinə müsbət təsir etməklə, həm də əmək bazarına mühüm fayda verəcək, işçi qüvvəsinin rəqabət qabiliyyətinin, məhsuldarlığının, əməyin leqallaşdırılmasını təmin edəcək. Bu baxımdan, minimum əməkhaqqının növbəti artımından sonra yaşayış minimumunu arasında rəqəm də təxminən 30-40 faiz yüksəlmiş olacaq. Eləcə də, minimum əməkhaqqı artımı, ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbət göstəricisinin də yüksəlməsinə imkan verəcək.

Qeyd edək ki, həmin nisbət 2018-ci ildəki 26,5 faizdən 2019-cu ildəki 33,3 faizə, 2020-ci ildəki 38 faizə yüksəlib. 2022-ci ildə 40 faiz, 2025-ci ildə isə 42 faiz səviyyəsinə yüksəlib. Ümumiyyətlə, minimum əməkhaqqı son 6 ildə 5 dəfə artırılaraq 130 manatdan 400 manata qaldırılıb. Növbəti artımlar isə yaşayış və sosial normativlər üzrə nisbətin qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində mühüm irəliləyiş olacaq.

Beləliklə, “Əmək Məcəlləsinə” minimum əməkhaqqı ilə bağlı təklif edilən dəyişikliklərin qəbul olunması ölkəmizdə sosial müdafiənin effektiv aləti sayılan minimum əməkhaqqının müəyyənləşməsinin dövriliyini təmin edəcək, insanların sosial rifahının artırılmasına səbəb olacaq.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Fevral 2026 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see683

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see485

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see278

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see276

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see262

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see259

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see251

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see247

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see247

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see246

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see240

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see230

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see229

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see225

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see224

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see221

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see220

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see213

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see212

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri