Icma.az
close
up
RU
Minimum əməkhaqqı və pensiyalar nə qədər artırılacaq? MƏBLƏĞ AÇIQLANDI

Minimum əməkhaqqı və pensiyalar nə qədər artırılacaq? MƏBLƏĞ AÇIQLANDI

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən növbəti ildə həyata keçiriləcək yeni sosial paket çərçivəsində minimum əməkhaqqı və pensiyalar artırılacaq. Onun sözlərinə görə, bununla bağlı təkliflər hazırlanıb, müvafiq olaraq dövlət büdcəsində nəzərə alınıb. Nazir deyib ki, dövlət büdcəsinin yekunundan sonra bu barədə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” 5 yanvar 2023-cü il tarixli Sərəncamına uyğun olaraq, hazırda Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği 345, minimum pensiya məbləği isə 280 manat müəyyən edilib. Maraqlıdır, ölkədəki iqtisadi vəziyyəti, bazar şərtlərini, istehlak xərclərini və digər reallıqları nəzərə alsaq, minimum əməkhaqqı və minimum pensiya məbləği nə qədər olmalıdır?

News24.az xəbər verir ki, mövzu ilə bağlı Medianews.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, minimum əməkhaqqı və təqaüdlərdə cəmi 10 faizlik artım olacağı gözlənilir. İqtisadçının sözlərinə görə, Azərbaycanda bu sahədə daha böyük artım olması üçün yaşayış minimumu, minimum istehlak zənbili, bunların hesablanma qaydaları dəyişməlidir: “Bu məbləğ nə qədər olmalıdır sualı bir az mücərrəddir. Təbii ki, biz hamımız istəyərik ki, çox olsun, həddindən artıq yüksək sürətlə artsın. Amma reallıq ondan ibarətdir ki, bu il 10 faiz civarında artım olacaq. Yəni, minimum əməkhaqqında da, təqaüdlərdə də 10 faizlik artım gözlənilir. Bu ondan irəli gəlir ki, bizdə yaşayış minimumu, minimum istehlak zənbili, bunların hesablama qaydaları doğru deyil. Ona görə də o parametrlər dəyişməlidir ki, minimum əməkhaqqı və təqaüd hesablanma qaydaları da dəyişsin”.

İqtisadçı-ekspert Eldəniz Əmirov isə Medianews.az-a bildirib ki, istər minimum əməkhaqqı, istərsə də minimum pensiyanın məbləği adətən inkişaf etmiş, iqtisadi cəhətdən hər hansı problemi olmayan, iqtisadi vəziyyəti qənaətbəxş ölkələrdə, real iqtisadi vəziyyətə, bazar şərtlərinə, o cümlədən də insanların sosial rifah səviyyəsinə uyğun şəkildə müəyyən edilir, bu barədə müvafiq qərarlar qəbul olunur. Onun sözlərinə görə, Azərbaycanda da minimum əməkhaqqı və pensiya əhalinin yaşam standartlarını yaxşılaşdırmaq, yoxsulluğu aradan qaldırmaq və sosial bərabərliyi təmin etmək üçün bir vasitə olaraq istifadə edilməkdədir: “Növbəti ilin yanvarın 1-dən minimum əməkhaqqının artırılması, eyni zamanda minimum pensiya məbləğinin artırılması gözlənilir. O ki, qaldı bunun hansı həddə müəyyən edilməsi, təbii ki, bu hədlər əhalinin istehlak xərcləri, inflyasiya, bazarın mövcud vəziyyəti və digər istiqamətlər əsasında formalaşır. Nəzərə alsaq ki, 2023-cü ilin yanarın 1-dən minimum əməkhaqqı 300 manatdan 345 manata qaldırılıb. Artıq 2025-ci ildən yeni səviyyənin müəyyən edilməsinə ehtiyac var. Onun həddi ilə bağlı hansısa rəsmi açıqlama verilməmişdir. Sadəcə mövcud şərtləri nəzərə alsaq, ehtimal edirəm ki, minimum əməkhaqqı ən azı 16 faiz artırılaraq, 400 manata çatdırılacaqdır. Hazırki bazar şərtləri daxilində əməkhaqqının ən azı 400 manata çatdırılmasına ehtiyac var, bu, bir zərurətdir. Minimum pensiya məbləğinin artımı isə adətən özündən əvvəlki ilin  orta aylıq əməkhaqqının artım səviyyəsi ilə indeksasiya edilir. Yəni 2024-cü ildə orta əməkhaqqı nə qədər artacaqsa, 2025-ci ilin yanvarın 1-dən minimum pensiyanın həddi də həmin səviyyədə artırılacaqdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://news24.az
archiveBu xəbər 15 Noyabr 2024 00:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see246

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see237

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see220

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see212

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see206

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see199

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see189

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see161

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see158

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see144

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see142

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see135

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see135

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see133

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri