Icma.az
close
up
RU
Minimum əməkhaqqı və pensiyalar nə qədər artırılacaq? MƏBLƏĞ AÇIQLANDI

Minimum əməkhaqqı və pensiyalar nə qədər artırılacaq? MƏBLƏĞ AÇIQLANDI

Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən növbəti ildə həyata keçiriləcək yeni sosial paket çərçivəsində minimum əməkhaqqı və pensiyalar artırılacaq. Onun sözlərinə görə, bununla bağlı təkliflər hazırlanıb, müvafiq olaraq dövlət büdcəsində nəzərə alınıb. Nazir deyib ki, dövlət büdcəsinin yekunundan sonra bu barədə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” 5 yanvar 2023-cü il tarixli Sərəncamına uyğun olaraq, hazırda Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği 345, minimum pensiya məbləği isə 280 manat müəyyən edilib. Maraqlıdır, ölkədəki iqtisadi vəziyyəti, bazar şərtlərini, istehlak xərclərini və digər reallıqları nəzərə alsaq, minimum əməkhaqqı və minimum pensiya məbləği nə qədər olmalıdır?

Mövzu ilə bağlı  danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, minimum əməkhaqqı və təqaüdlərdə cəmi 10 faizlik artım olacağı gözlənilir. İqtisadçının sözlərinə görə, Azərbaycanda bu sahədə daha böyük artım olması üçün yaşayış minimumu, minimum istehlak zənbili, bunların hesablanma qaydaları dəyişməlidir: “Bu məbləğ nə qədər olmalıdır sualı bir az mücərrəddir. Təbii ki, biz hamımız istəyərik ki, çox olsun, həddindən artıq yüksək sürətlə artsın. Amma reallıq ondan ibarətdir ki, bu il 10 faiz civarında artım olacaq. Yəni, minimum əməkhaqqında da, təqaüdlərdə də 10 faizlik artım gözlənilir. Bu ondan irəli gəlir ki, bizdə yaşayış minimumu, minimum istehlak zənbili, bunların hesablama qaydaları doğru deyil. Ona görə də o parametrlər dəyişməlidir ki, minimum əməkhaqqı və təqaüd hesablanma qaydaları da dəyişsin”.

İqtisadçı-ekspert Eldəniz Əmirov isə Medianews.az-a bildirib ki, istər minimum əməkhaqqı, istərsə də minimum pensiyanın məbləği adətən inkişaf etmiş, iqtisadi cəhətdən hər hansı problemi olmayan, iqtisadi vəziyyəti qənaətbəxş ölkələrdə, real iqtisadi vəziyyətə, bazar şərtlərinə, o cümlədən də insanların sosial rifah səviyyəsinə uyğun şəkildə müəyyən edilir, bu barədə müvafiq qərarlar qəbul olunur. Onun sözlərinə görə, Azərbaycanda da minimum əməkhaqqı və pensiya əhalinin yaşam standartlarını yaxşılaşdırmaq, yoxsulluğu aradan qaldırmaq və sosial bərabərliyi təmin etmək üçün bir vasitə olaraq istifadə edilməkdədir: “Növbəti ilin yanvarın 1-dən minimum əməkhaqqının artırılması, eyni zamanda minimum pensiya məbləğinin artırılması gözlənilir. O ki, qaldı bunun hansı həddə müəyyən edilməsi, təbii ki, bu hədlər əhalinin istehlak xərcləri, inflyasiya, bazarın mövcud vəziyyəti və digər istiqamətlər əsasında formalaşır. Nəzərə alsaq ki, 2023-cü ilin yanarın 1-dən minimum əməkhaqqı 300 manatdan 345 manata qaldırılıb. Artıq 2025-ci ildən yeni səviyyənin müəyyən edilməsinə ehtiyac var. Onun həddi ilə bağlı hansısa rəsmi açıqlama verilməmişdir. Sadəcə mövcud şərtləri nəzərə alsaq, ehtimal edirəm ki, minimum əməkhaqqı ən azı 16 faiz artırılaraq, 400 manata çatdırılacaqdır. Hazırki bazar şərtləri daxilində əməkhaqqının ən azı 400 manata çatdırılmasına ehtiyac var, bu, bir zərurətdir. Minimum pensiya məbləğinin artımı isə adətən özündən əvvəlki ilin  orta aylıq əməkhaqqının artım səviyyəsi ilə indeksasiya edilir. Yəni 2024-cü ildə orta əməkhaqqı nə qədər artacaqsa, 2025-ci ilin yanvarın 1-dən minimum pensiyanın həddi də həmin səviyyədə artırılacaqdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 15 Noyabr 2024 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri