Icma.az
close
up
RU
MINİMUM ƏMƏKHAQQI VƏ PENSİYALAR NƏ QƏDƏR ARTIRILIR? İqtisadçılar proqnozlarını açıqladılar AzPolitika onlayn siyasiictimai qəzet

MINİMUM ƏMƏKHAQQI VƏ PENSİYALAR NƏ QƏDƏR ARTIRILIR? İqtisadçılar proqnozlarını açıqladılar AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən növbəti ildə həyata keçiriləcək yeni sosial paket çərçivəsində minimum əməkhaqqı və pensiyalar artırılacaq".

"AzPolitika" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib. Nazir bu barədə təkliflərin hazırlandığını, dövlət büdcəsinin yekunundan sonra sözügedən artımların ictimaiyyətə elan ediləcəyini bildirib. Xatırladaq ki, ölkə başçısı da VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında minimum əməkhaqqı və minimum pensiya məbləğinin artırılacağının anonsunu vermişdi.

"İqtisadi sahədə bu ilin göstəriciləri, hesab edirəm ki, müsbətdir. Səkkiz ayda iqtisadiyyat 4 faizdən çox artıb. Qeyri-neft sektorunda artım 7 faiz olub. Son beş il ərzində Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiya isə 2,5 dəfə artıb. Onu da bildirməliyəm ki, artıq göstəriş verilib ki, gələn ildən minimum əməkhaqqı və minimum pensiya məbləği artırılsın”,- deyə prezident vurğulamışdı.

Məlumat üçün qeyd edək ki, Azərbaycanda minimum əməkhaqqı və minimum pensiya sonuncu dəfə 2023-cü il 1 yanvar tarixində artırılıb. Həmin vaxt aylıq minimum əməkhaqqı 300 manatdan 345 manata, minimum pensiya isə 240 manatdan 280 manata çatdırılıb.

Artıq son artımın üzərindən təxminən 2 ilə yaxın bir müddət keçir. Hazırda hər kəsi maraqlandıran sual isə odur ki, minimum əməkhaqqı və minimum pensiya nə qədər artırılacaq?

İqtisadçı Xalid Kərimli "AzPolitika"-ya şərhində bildirib ki, bu barədə təklif artıq noyabr ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hökumətə təqdim edilməlidir:"Yəqin ki, hökumətə təqdim olunub, lakin hələ ictimaiyyətə açıqlanmır. Hesab edirəm ki, minimum əməkhaqqının artımı 10-15% həcmində olacaq. Çünki minimum əməkhaqqı sonuncu dəfə 2023-cü ildə artırılıb. Son iki ildə isə artım olmayıb. İnflyasiya 2023-cü ildə 9% idi. 2024-cü ildə isə 4-4,5% olacağı gözlənilr. Bu səbəbdən artımın minimum 10, maksimum 15 faiz həcmində olacağını düşünürəm".

Pensiyaların artımına gəlincə, ekspert bildirib ki, bu, qanunla tənzimlənən məsələdir:"Pensiyalar əvvəlki ildə olan orta aylıq əməkhaqı artımına uyğun indeksləşdirilir. Bu ildəki artım tempi isə təqribən 8 faiz həcmindədir. Düşünürəm ki, pensiyalar təqribən bu həcmdə artırılacaq. Ancaq onu da qeyd etməliyik ki, hələ il başa çatmayıb. Ona görə də dəqiq rəqəm ilin sonunda müəyyənləşəcək".

İqtisadçı Natiq Cəfərli isə "AzPolitika"-ya şərhində bildirib ki, qeyd olunan artımın hansı səviyyədə olacağını büdcə müzakirələri zamanı görmək mümkün olacaq.

Ekspert qeyd edib ki, Maliyyə Nazirliyi tərəfindən gəlirlər və xərclərlə bağlı açıqlanan ilkin büdcə rəqəmlərindən çıxarılacaq nəticə bundan ibarətdir ki, minimum əməkhaqqı və pensiyaların təqribən 10% civarında artırılacağı gözlənilir.

N. Cəfərli əlavə edib ki, sözügedən artımın kimlərə və necə şamil olunmasına isə büdcə müzakirələri zamanı aydınlıq gələcək.

E. Bəyməmmədli

"AzPolitika.info" 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Noyabr 2024 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri