Minlərlə azərbaycanlı “qara siyahısı”ya düşdü ölkəyə buraxılmayacaqlar
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya 200 mindən çox əcnəbini qanunları pozduğu üçün ölkəyə girişinə qadağa qoyub.
Modern.az xəbər verir ki, bu barədə Rusiya daxili işlər nazirinin birinci müavini, DİN-in Miqrasiya Xidmətinin rəisi Andrey Kikoç Prezident Vladimir Putinlə Kreml keçirdiyi görüşdə məlumat verib. Görüşdə qeyd edilib ki, preventiv tədbirlər çərçivəsində ölkə qanunvericiliyini pozan 197 min əcnəbinin Rusiyaya girişi müəyyən müddətə məhdudlaşdırılıb.
Bundan əlavə, Kikoç qeyd edib ki, saxta məlumatlar ehtiva edən sənədlərin aşkar edilməsi istiqamətində işlər gücləndirilib və saxtakarlıq halları 10 dəfə çox qeydə alınıb. Saxta nikah və ailə-münasibətlərinin aşkarlanması işləri nəticəsində təxminən 20 min müvəqqəti yaşamaq icazəsi və yaşayış icazəsi ləğv edilib.
Xatırladaq ki, Rusiyaya girişi qadağan olunan arasında qeyri-rəsmi məlumatlara görə 8 mindən çox Azərbaycan vətəndaşının adı da var.
Qeyd olunmalıdır ki, hər il Rusiyaya təxminən 9 milyon əcnəbi vətəndaş gəlir, hazırda isə ölkədə 6-6,5 milyon nəfər qalmaqdadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 10 Sentyabr 2026 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















