Icma.az
close
up
RU
Minsk qrupu tarixə qovuşur! Cənubi Qafqaz üçün dönüş nöqtəsi...

Minsk qrupu tarixə qovuşur! Cənubi Qafqaz üçün dönüş nöqtəsi...

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Cənubi Qafqaz son onilliklər ərzində beynəlxalq münasibətlərin ən mürəkkəb regionlarından biri olub. Azərbaycan və Ermənistan arasında uzun illər davam edən Qarabağ münaqişəsi təkcə iki ölkənin deyil, böyük güclərin də maraqlarının toqquşduğu geosiyasi məkana çevrilmişdi.

Bu münaqişənin həlli üçün yaradılan ATƏT-in Minsk qrupu otuz ilə yaxın fəaliyyət göstərsə də, real nəticə əldə edə bilmədi. 2020-ci il Vətən müharibəsindən sonra yaranan yeni siyasi reallıq isə həm Minsk qrupunun mövcudluğunu mənasızlaşdırdı, həm də Ermənistanın daxili siyasi-hüquqi nizamının dəyişdirilməsini zəruri etdi. Bu gün regionda formalaşan vəziyyət artıq tamamilə fərqli şərtlərə əsaslanır və Ermənistanın konstitusiya dəyişiklikləri məsələsi sülh sazişinin imzalanması üçün həlledici amil kimi çıxış edir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan hüquqşünas Rüstəm Əzimzadə bildirib ki, Cənubi Qafqaz regionunda baş verən son hadisələr beynəlxalq münasibətlər sistemində yeni siyasi düzənin formalaşdığını göstərir. Uzun illər Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi rolunu üzərinə götürən ATƏT-in Minsk qrupu artıq fəaliyyətini dayandırmaq üzrədir. Digər tərəfdən, Ermənistan öz daxili siyasi sistemində, xüsusilə də konstitusiya səviyyəsində dəyişikliklər etməyə məcburdur. Bu iki amil regionun gələcək siyasi mənzərəsini müəyyən edən əsas istiqamətlər kimi qiymətləndirilə bilər:

"Minsk qrupu 1992-ci ildə yaradılmışdı və məqsədi münaqişənin sülh yolu ilə həllinə nail olmaq idi. ABŞ, Fransa və Rusiya həmsədr dövlətlər qismində çıxış edirdilər. Lakin qrupun fəaliyyət dövrü ərzində irəli sürülən müxtəlif planların heç biri real nəticə vermədi. Əsas səbəb Ermənistanın işğalçı mövqedə qalması və həmsədrlərin öz geosiyasi maraqlarını bölgədə balanslaşdırmaq cəhdləri idi. 2020-ci il Vətən müharibəsində Azərbaycan BMT qətnamələrinin icrasını özü təmin etdi, ərazi bütövlüyünü bərpa etdi və bununla Minsk qrupunun varlıq səbəbi aradan qalxdı. 2022-ci ildən sonra isə həm Rusiya-Ukrayna müharibəsi, həm də ABŞ və Fransanın regionda nüfuz itirməsi nəticəsində qrup tamamilə fəaliyyətsiz hala düşdü. Beləliklə, Minsk qrupu formal olaraq mövcud olsa da, faktiki olaraq siyasi tarixə qovuşdu".

Rüstəm Əzimzadə: "Hazırda qüvvədə olan konstitusiyada “Dağlıq Qarabağ xalqının təhlükəsizliyi və statusu” ilə bağlı müddəalar qalır

Onun sözlərinə görə, bu gün Ermənistanın qarşısında duran ən böyük çağırış konstitusiyasının məzmunudur: 

"Hazırda qüvvədə olan konstitusiyada “Dağlıq Qarabağ xalqının təhlükəsizliyi və statusu” ilə bağlı müddəalar qalır. Bu isə Azərbaycanın ərazi bütövlüyünə şübhə yaradır və iki ölkə arasında sülh sazişinin imzalanmasına əsas maneə hesab olunur. Azərbaycan tərəfi açıq şəkildə bildirir ki, Ermənistan qonşuluq münasibətləri qurmaq istəyirsə, həmin müddəaları dəyişməlidir. Baş nazir Nikol Paşinyanın hökuməti də bu reallığı qəbul edir və konstitusiya dəyişikliklərini gündəmə gətirib. Lakin Ermənistan cəmiyyətində, xüsusilə də müxalif dairələrdə bu məsələyə qarşı ciddi müqavimət mövcuddur. Müxalifət bu addımı “milli maraqlardan geri çəkilmə” kimi təqdim edir və hakimiyyəti güzəştə getməkdə ittiham edir".

Müsahibimiz bildirib ki, bu proseslərin fonunda Cənubi Qafqazda yeni siyasi arxitektura formalaşır. Birincisi, artıq vasitəçi qurumların iştirakı olmadan Azərbaycan və Ermənistan arasında birbaşa danışıqlar aparılır. İkincisi, regional güclərin – Türkiyə, Rusiya və İranın təsiri artır, Qərbin təsir imkanları isə məhdudlaşır. Üçüncüsü, Ermənistanın konstitusiyada edəcəyi dəyişikliklər onun gələcək siyasi kursunu müəyyənləşdirəcək: ya regionda sabitliyə və əməkdaşlığa yol açacaq, ya da təcrid və qarşıdurmanı dərinləşdirəcək:

"Minsk qrupunun ləğvi və Ermənistan konstitusiyasındakı dəyişikliklər Cənubi Qafqaz üçün tarixi dönüş nöqtəsidir. Azərbaycan artıq qalib dövlət olaraq şərtləri diktə edir. Ermənistan isə seçim qarşısındadır: ya yeni reallıqları qəbul edib qonşularla normal münasibətlər quracaq, ya da özünü daha da çətin vəziyyətə salacaq. Bu qərarın nəticələri isə yalnız iki ölkənin deyil, bütövlükdə regionun gələcək sabitliyi və inkişafı üçün həlledici olacaq".

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 29 Avqust 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri