Britaniya səfiri: Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması Cənubi Qafqaz üçün dönüş nöqtəsi olacaq
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Böyük Britaniya Azərbaycanla Ermənistan arasında aparılan danışıqlarda əldə olunmuş mühüm irəliləyişi alqışlayır və bunu regionda dayanıqlı sülh üçün tarixi fürsət kimi qiymətləndirir.
Bunu APA-ya müsahibəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld deyib.
“Biz hər iki ölkəni hər hansı sazişin icrasında, xüsusilə də Böyük Britaniyanın sübut olunmuş təcrübəyə malik olduğu sahələrdə dəstəkləməyə hazır praktiki tərəfdaş kimi çıxış edirik”, - səfir bildirib.
Fergus Auldun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması Cənubi Qafqaz regionu üçün dönüş nöqtəsi olacaq.
“Böyük Britaniya həmişə inanıb ki, dayanıqlı sülh yalnız dialoq, qarşılıqlı hörmət və qonşular arasında praktiki əməkdaşlıq sayəsində mümkündür.
Biz sınaqdan çıxmış həllər təklif edə bilərik: sərhədlərin demarkasiyası üçün texniki yardım; icmaların təhlükəsizliyini təmin edəcək və torpaqları məhsuldar edəcək dünya səviyyəli mina təmizləmə imkanları; eləcə də iqtisadi əlaqəlilik layihələrinə dəstək”, - o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 20 Avqust 2025 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















