Icma.az
close
up
RU
Minsk qrupu tarixin arxivinə göndərilir: Bu, sülh istiqamətində yeni səhifə açacaq

Minsk qrupu tarixin arxivinə göndərilir: Bu, sülh istiqamətində yeni səhifə açacaq

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xarici işlər naziri Ceyhun Bayramov Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş Nazirlər Kabinetinin xüsusi iclasında ATƏT-in Minsk qrupu və onun əlavə strukturlarının fəaliyyətinin dayandırılması ilə bağlı vacib açıqlama verib. Nazir bildirib ki, bu məsələ üzrə ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət əsasında hazırlanmış qərar layihəsi artıq iştirakçı dövlətlər arasında yayılıb. Sənədin sentyabrın 1-də qəbul olunması nəzərdə tutulur və iştirakçı dövlətlər qərarın qəbulu üçün lazımi prosedurları dəstəkləməyə çağırılıblar.

Təbii ki, bu addım Azərbaycan ərazilərinin 30 ilə yaxın davam edən işğalı dövründə fəaliyyətsiz qalmış Minsk qrupunun rəsmi şəkildə tarixə qovuşması istiqamətində mühüm mərhələdir. Həmçinin strukturun ləğvi postmünaqişə dövründə yeni regional reallıqların tanınması və beynəlxalq platformalarda Azərbaycanın mövqeyinin güclənməsi baxımından əhəmiyyətlidir.

Mövzu ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin deputatı Nigar Məmmədova bildirib ki, ATƏT-in Minsk qrupunun ləğvi ilk növbədə ona görə əhəmiyyətlidir ki, bu, qalib ölkə kimi Azərbaycanın şərti idi və bu şərtin yerinə yetirilməsi rəsmi Bakının diplomatik üstünlüyüdür:

"Azərbaycan haqlı olaraq şərt irəli sürmüşdü ki, Ermənistan rəsmi şəkildə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını və münaqişənin başa çatdığını bildirdiyi halda, Minsk qrupunun hüquqi mövcudluğu absurddur. Cənab Prezidentin "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində də söylədiyi kimi: "Əgər onu saxlamaqda israrlı olsalar, bu, onların Qarabağla bağlı hələ də ərazi iddialarının olduğunu göstərir. Bu, mövqeyimizin əsasında dayanan məntiq idi". Beləliklə, Vaşinqton görüşündən sonra Azərbaycan və Ermənistan ATƏT-in Minsk qrupunun və əlavə strukturlarının bağlanması ilə bağlı təşkilatın fəaliyyətdə olan sədrinə birgə müraciət ünvanladılar. Artıq bu müraciət əsasında irəli sürülmüş ATƏT Nazirlər Şurasının qərar layihəsi iştirakçı dövlətlər arasında yayılıb. Beləliklə, sentyabrın 1-dən etibarən Minsk qrupunun hüquqi süqutunun rəsmiləşməsi gözlənilir".

"44 günlük müharibədən sonra, yəni son beş ildə qrup, onsuz da, de-fakto fəaliyyətsiz idi. Belə olan halda Qarabağ münaqişəsi yoxdursa, vaxtilə ATƏT tərəfindən yaradılmış vasitəçilik formatı olan Minsk qrupu da olmamalıdır. Hesab edirəm ki, Minsk qrupunun rəsmi ləğvi sülh istiqamətində yeni səhifə açacaq", - deyə parlamentari əlavə edib.

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Avqust 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see192

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see187

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see187

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see183

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see176

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see165

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see151

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see148

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see137

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see135

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see125

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see125

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri