Icma.az
close
up
RU
Uşağa ayda nə qədər pul xərclənir? ARAŞDIRMA

Uşağa ayda nə qədər pul xərclənir? ARAŞDIRMA

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Valideynlər körpənin sağlam böyüməsi, düzgün qidalanması və rahat şəraitdə inkişaf etməsi üçün əlindən gələnin ən yaxşısını edir.

Uşaq böyüdükcə onun xərcləri də artır, artıq bir yaşına çatanda, onun qidalanma, gigiyena, geyim və tibbi ehtiyacları artır, bu isə ailə büdcəsinə ciddi təsir göstərir. 

Biryaşlı uşağın gündəlik ehtiyaclarının qida, geyim, gigiyena və tibbi vasitələrin təmin olunması üçün valideynlər əvvəlcədən müəyyən büdcə planlaması aparmalıdırlar.

Bəs biryaşlı körpəyə ayda nə qədər pul xərclənir?

“Cebheinfo.az” bununla bağlı araşdırma aparıb.

Bir yaşına çatan uşaqların qidalanması təkcə ana südü və ya süni qida ilə kifayətlənmir. Bu mərhələdə körpənin menyusu daha da zənginləşir artıq o, gündəlik, yumurta, tərəvəz, meyvə, süd məhsulları və körpələr üçün nəzərdə tutulan xüsusi pürelərlə tanış olur.

Biryaşlı uşaq üçün uşaq yeməklərinin qiymətlər 3,50 AZN-dən başlayaraq 65 AZN-ə qədər dəyişir. Uşaq sıyıqları və püreləri üçün qiymətlər 2,09 AZN-dən 4,99 AZN-ə qədərdir. Uşaq peçenyeləri 1,79 AZN-dən 3,80 AZN-ə qədərdir.

Təxmini hesablamalara görə, uşaq südü, sıyıq, pürel, peçenye və içkilər üçün valideynlər ayda 160 AZN-dən 282 AZN-ə qədər xərcləyə bilər. Uşağın aylıq meyvə və tərəvəz xərci təxminən 25–35 AZN arasında olur.

Valideynlər aylıq qida xərclərinə əlavə olaraq bez xərclərini də nəzərə almalıdırlar. Biryaşlı uşaqlar üçün bezlər, istifadə olunan markaya və məhsul növünə görə aylıq təxmini 70–150 AZN arasında dəyişən xərclərə səbəb ola bilər. 

Məsələn, 9–14 kq arası uşaqlar üçün 34 ədədli bez paketi təxminən 33,37 AZN-dən satılır. Gündəlik 4–5 bez istifadə edildikdə, ay ərzində 120–150 ədəd bezə ehtiyac olur. Amma qiymətlər markadan, keyfiyyət və mağazadan asılı olaraq dəyişə bilər.

Üz və bədən üçün nəmləndirici krem, sabun, salfetlər kimi gigiyena vasitələrinə aylıq 35–60 AZN xərclənir. Yemək üçün önlük, əmzik və bir sırakiçik tələbatlar üçün də əlavə xərcləri 30–75 AZN təşkil edir.

Biryaşlı uşaqlar üçün peyvəndlərdən əlavə tibbi yoxlamalar da xərclidir. Bu dövrdə uşağın çəkisi, boyu, qidalanması və ümumi sağlamlığı yoxlanılır, bəzən qan testləri və ultrason da edilir. Bu yoxlamaların xərci təxminən 50–100 AZN arasında dəyişir.

Biryaşlı uşağın aylıq xərcləri təxminən 370–820 AZN arasında dəyişir. Bu xərclər məhsul markası, keyfiyyət və mağaza seçimlərinə görə daha yüksək və ya aşağı ola bilər.

Gülər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:272
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Oktyabr 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see408

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see341

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see339

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see309

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see308

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see298

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see295

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see294

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see288

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see279

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see272

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see271

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see258

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see255

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see250

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see244

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see243

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see239

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see230

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see227
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri