Icma.az
close
up
RU
Minsk qrupunun fəaliyyətini dayandırması Azərbaycanın diplomatik mübarizəsinin möhtəşəm qələbəsidir ŞƏRH

Minsk qrupunun fəaliyyətini dayandırması Azərbaycanın diplomatik mübarizəsinin möhtəşəm qələbəsidir ŞƏRH

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 2 sentyabr, AZƏRTAC

Sentyabrın 1-də Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurası tarixi qərar qəbul edib. Qərara əsasən, 1992-ci ildən fəaliyyət göstərən Minsk qrupunun fəaliyyətinə və onunla bağlı bütün strukturlara xitam verilib. İlk baxışdan bu, sadəcə bir təşkilati dəyişiklik, beynəlxalq qurumun içində müəyyən texniki prosedur kimi görünə bilər. Ancaq əslində, bu, Cənubi Qafqazın son otuz ilini müəyyənləşdirən siyasi mərhələnin sonu və Azərbaycanın diplomatik mübarizəsinin möhtəşəm qələbəsi kimi qiymətləndirilməlidir. Minsk prosesinin bağlanması təkcə Azərbaycanın deyil, bütün regionun gələcəyinə təsir edəcək yeni reallığın başlanğıcıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Qadın, İnkişaf, Gələcək” İctimai Birliyinin sədri Gülşən Axundova səsləndirib.

O vurğulayıb ki, Minsk qrupu 1992-ci ildə yaradılarkən ümidlər böyük idi. Azərbaycan-Ermənistan münaqişəsinin sülh yolu ilə həllinə dəstək göstərmək, atəşkəs rejimini möhkəmləndirmək və tərəfləri razılaşdırılmış çərçivədə dialoqa cəlb etmək məqsəd qoyulmuşdu. Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa həmsədrlik institutunu formalaşdıraraq özlərini prosesin əsas istiqamətvericisi kimi təqdim etdilər. Ancaq zaman keçdikcə bu qurum real nəticə əldə etmək əvəzinə siyasi maraqların toqquşduğu meydançaya çevrildi. Hər üç həmsədr ölkə öz geosiyasi gündəmini regiona daşıyır, Azərbaycanın haqq səsini isə çox vaxt kölgədə qoyurdu. “Minsk prosesinin nəticəsizliyi illər keçdikcə daha da aydın görünməyə başladı. Otuz ilə yaxın müddətdə onlarla görüş keçirildi, saysız-hesabsız sənədlər, təkliflər hazırlandı. Ancaq bunların heç biri münaqişənin həllinə gətirmədi. Əksinə, Ermənistan işğalçılıq siyasətini davam etdirir, status-kvonun saxlanılmasına çalışır, Minsk qrupu isə formal bəyanatlarla kifayətlənirdi. Azərbaycan dəfələrlə bəyan etmişdi ki, bu proses real mexanizm olmaqdan çıxıb, sadəcə zaman uzatmaq alətinə çevrilib. Azərbaycanın mövqeyi isə həmişə birmənalı idi: münaqişənin yeganə həlli beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də ərazi bütövlüyü prinsipinə əsaslanmalıdır. Əgər hansısa “status” danışıqları aparılırdısa, bu yalnız Ermənistanın işğalını leqallaşdırmaq məqsədinə xidmət edirdi. Ona görə də Bakı uzun illər ərzində həm beynəlxalq təşkilatlarda, həm də ikitərəfli diplomatiyada açıq şəkildə bəyan edirdi ki, Minsk prosesi heç vaxt Azərbaycanın haqq işinə ədalətli yanaşmayıb”, - deyə İctimai Birlik sədri qeyd edib.

Bu diplomatik mübarizənin ən mühüm dönüş nöqtəsinin 2020-ci ilin payızında başlanmasına diqqət çəkən G.Axundova deyib: “Azərbaycan Ordusu 44 gün ərzində torpaqlarını azad edərək, tarixi ədaləti və beynəlxalq hüququ bərpa edib. Ermənistanın kapitulyasiya sənədinə imza atdığı andan etibarən Minsk prosesi faktiki olaraq məna kəsb etməyib. Çünki müzakirə olunacaq “status məsələsi” qalmayıb, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Minsk qrupu sadəcə formal struktur kimi mövcud idi. 2023-cü ildə Azərbaycanın suverenliyini tam bərpa etməsi, Qarabağda dövlətçilik atributlarının tam gücü ilə tətbiqi, erməni separatizminin birdəfəlik aradan qaldırılması bu prosesi tam mənasız hala gətirib. Belə bir reallıq fonunda 2025-ci ilin sentyabrında ATƏT-in verdiyi qərar məntiqin və ədalətin təsdiqi, eyni zamanda, Azərbaycanın diplomatik qələbəsidir. İlk dəfə olaraq beynəlxalq təşkilat açıq şəkildə etiraf edib ki, Minsk qrupunun missiyası yekunlaşıb, Cənubi Qafqazda yeni siyasi vəziyyət yaranıb və bu, Azərbaycanın qətiyyəti ilə formalaşıb”.

İctimai Birlik sədrinin sözlərinə görə, Minsk prosesinin bağlanması Azərbaycanın qələbəsini bir neçə aspektdə göstərir. “Bu qərar Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə tanınması deməkdir. Artıq heç kim “status” barədə danışmır, heç bir beynəlxalq qurum bu mövzunu gündəmə gətirmir. Bu addım Azərbaycanın uzun illər apardığı diplomatik mübarizənin bəhrəsidir. Azərbaycan beynəlxalq tribunalarda dəfələrlə deyirdi ki, Minsk qrupu real nəticə vermir, bu proses sadəcə vaxt uzadır. İndi isə beynəlxalq ictimaiyyət də eyni nəticəyə gəlib. Azərbaycan regionda lider dövlət statusunu daha da gücləndirib. Hazırda Ermənistanla sülh müqaviləsi imzalamaq, yeni iqtisadi və nəqliyyat layihələrini həyata keçirmək, regional əməkdaşlıq formatlarını müəyyənləşdirmək məhz Bakının iradəsindən asılıdır. Bu qərar, eyni zamanda, ATƏT üçün də bir siqnaldır. Minsk qrupunun otuz illik fəaliyyətsizliyi beynəlxalq diplomatiyanın böhranını göstərib. Böyük dövlətlərin maraqlarının toqquşması bəzən ədaləti və hüququ arxa plana keçirir. Ancaq Azərbaycan sübut edib ki, haqqı olan, iradəsi güclü bir xalq öz gücünə istədiyinə nail ola bilər. Minsk prosesinin bağlanması bu dərsin simvolik təsdiqidir. Azərbaycan üçün isə bu qərar yalnız keçmişin yekunu deyil, həm də gələcəyin başlanğıcıdır. İndi qarşıda bölgədə sülhün möhkəmləndirilməsi, Ermənistanla münasibətlərin normallaşdırılması, böyük regional layihələrin həyata keçirilməsi, Türk dünyası və Avropa ilə yeni körpülərin qurulması kimi yeni hədəflər dayanır. Azərbaycan artıq yalnız münaqişədən əziyyət çəkən tərəf deyil, əksinə, sülhün və inkişafın təşəbbüskarı kimi çıxış edir. Minsk qrupunun bağlanması ilə bir dövr başa çatıb. Bu, həm də Azərbaycan xalqının iradəsinin, dövlətin qətiyyətinin, Prezident İlham Əliyevin uzaqgörən liderliyinin və beynəlxalq hüququn qələbəsidir. Azərbaycan təkcə hərbi meydanda deyil, həm də diplomatik sahədə qalib gəlib. Minsk prosesi tarixə qovuşub, ancaq Azərbaycanın qələbəsi, Prezidentin qətiyyətli siyasəti tarixin yaddaşında əbədi qalacaq”, - deyə G. Axundova vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Sentyabr 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri