Icma.az
close
up
RU
Minsk qrupunun ləğvi qərarı Azərbaycanın haqlı mövqeyinin qəbul edilməsi və yeni dövrün başlanğıcıdır ŞƏRH

Minsk qrupunun ləğvi qərarı Azərbaycanın haqlı mövqeyinin qəbul edilməsi və yeni dövrün başlanğıcıdır ŞƏRH

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 8 sentyabr, AZƏRTAC

Sentyabrın 1-də ATƏT Nazirlər Şurası tərəfindən Minsk Prosesi və əlaqəli institutların fəaliyyətinə xitam verilməsi mühüm siyasi qərardır. Bu addım uzun illər boyu səmərəsiz fəaliyyət göstərən və münaqişənin həllinə töhfə verməkdə aciz qalan mexanizmlərin artıq aktuallığını itirməsinin beynəlxalq miqyasda rəsmiləşdirilməsidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı söyləyib.

O bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası, işğal olunmuş torpaqlarımız üzərində nəzarətin təmin olunması, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin tam həll edilməsi faktı beynəlxaq səviyyədə artıq danılmaz həqiqət kimi qəbul olunub. ATƏT-in bu qərarı məhz həmin reallığın beynəlxalq səviyyədə təsdiqi, Azərbaycanın haqlı mövqeyinin qəbul edilməsi və yeni dövrün başlanğıcıdır.

Avqustun 8-də Vaşinqtonda Prezident İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilmiş görüş çərçivəsində Azərbaycanın qoyduğu tələblərlə əldə olunmuş razılaşmaların praktik nəticəsi olaraq Minsk Prosesinin bağlanması, sülh gündəliyinin reallaşdırılması yolunda mühüm bir addımdır. Bu, həm də onu göstərir ki, Azərbaycan regionda sülhün təşəbbüskarı və təminatçısıdır.

“İkinci Qarabağ müharibəsindən sonra Minsk qrupunun fəaliyyəti üçün hüquqi əsas formalaşdıran bütün məsələlər məhz Azərbaycanın hərbi-siyasi qərarları fonunda öz həllini tapdı. Lakin atəşkəs dövründə Minsk üçlüsü BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını tanıyan və erməni silahlı birləşmələrinin həmin ərazilərdən dərhal çıxarılmasını tələb edən qətnamələrinin həlli istiqamətində hər hansı bir təşəbbüskarlıq irəli sürmədi. Əksinə bu müddət ərzində konfliktin həlli ilə bağlı hüquqi çərçivə formalaşdırmaq yerinə, status-kvonu qoruyub saxlamağa xidmət edən yanaşmalar sərgiləndi. Belə olduğu təqdirdə, rəsmi Bakının qurumun fəaliyyətini sonlandırmaqla əlaqədar prinsipial mövqeyi məhz yeni reallıqlar fonunda ənənəvi narrativləri gündəmə gətirmək cəhdlərinin qarşısını aldı.

Artıq Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün hüquqi baza yaradılıb. İndi əsas məsələ sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası və kommunikasiya xətlərinin açılmasıdır. Bu istiqamətdə Azərbaycan öz prinsipial mövqeyini qoruyur və ardıcıl addımlar atır.

Ölkəmiz hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanıb. Qəbul edilmiş qərar da göstərir ki, dövlətimizin qətiyyətli mövqeyi, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində 30 ildən artıq davam edən münaqişəyə son qoyulub və bölgədə yeni reallıq yaranıb. Azərbaycan bundan sonra da regionda sülhün, təhlükəsizliyin və davamlı inkişafın təmin edilməsi üçün bütün beynəlxalq platformalarda fəal iştirak edəcək”, - deyə deputat vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Sentyabr 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see644

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see254

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see241

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see235

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see203

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see201

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see169

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri