MİQ üzrə növbəti vakansiya seçiminin başlayacağı tarix məlum olub
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
22 avqust saat 11:00-dan etibarən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə start veriləcək.
Bu barədə APA-ya Təhsil İnstitutunun İnsan Resusları Mərkəzindən məlumat verilib.
Vakansiya seçiminə test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır.
Qeyd edək ki, müddətli müqavilə ilə vakansiya seçimi zamanı namizədlər 4 vakant yer seçə bilərlər. Namizədlər 25 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.

MİQ üzrə vakansiya seçiminin başlanacağı tarix AÇIQLANDI
31 İyul 2025 23:36
MİQ də vakansiya seçiminin nəticələri AÇIQLANDI
12 Avqust 2025 15:11
MİQ üzrə faktiki yaşayış yerinə uyğun vakansiya seçiminin nəticələri açıqlanıb
05 Avqust 2025 17:23
MİQ üzrə vakansiya seçimi BAŞLADI
31 İyul 2025 12:28
MİQ üzrə vakansiya seçiminə start verilib
06 Avqust 2025 11:01

