Icma.az
close
up
RU
Miqrantların varlığı neqativ meyllərin və cəmiyyətdaxili gərginliklərin büruzə verməsinə səbəb olur

Miqrantların varlığı neqativ meyllərin və cəmiyyətdaxili gərginliklərin büruzə verməsinə səbəb olur

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Avropada miqrasiya problemi dedikdə; Avropanın, xüsusilə də Qərbi və Mərkəzi Avropanın bir sıra dövlətləri çox güclü miqrasiya axınlarına məruz qalır. Bu ölkələrdə həmin kateqoriyadan olan insanların kəskin şəkildə artımı bir sıra ictimai-siyasi prosesləri hərəkətə gətirə bilər. Məsələn; burada miqrantlarla bağlı xof onunla əlaqədardır ki, miqrantlar Fransanın cənubunda bir sıra şəhərlərin belə demoqrafiyasını dəyişə bilir. Və ya digər ölkələrdə miqrantlar artıq ideoloji bir qruplara da çevrilə bilir. Nəticə etibarilə, müxtəlif siyasi mərkəzlər və ya siyasi partiyalar onlardan müxtəlif məqsədlər üçün də istifadə edə bilirlər”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məcliisn deputatı Azər Allahverənov danışıb. Deputat qeyd edib ki, bu gün onların bir qismi miqrantlarla bağlı çox sərt ritorikasını özlərinin seçkiqabağı proqramlarında istifadə edirlər, digər bir qismi miqrantlar üçün fövqəl imkanlar yaratmaqla onların rəğbətini qazanmağa çalışır: “Misal üçün, Cozef Bayden dönəmində Amerika Birləşmiş Ştatlarında belə bir yanaşma var idi. Düzdür, sonra qanuni müstəviyə minmədi, qanuni şəkil almadı. Amma belə bir yanaşma var idi ki, miqrantları seçmək, səs vermək hüququ səsvermə hüququnun arxasında, eyni zamanda siyasi məqsədlər də dura bilərdi.

Nəzərə alsaq ki, milyonlarla miqrant bu gün Amerika Birləşmiş Ştatlarında yaşayır, amma onlar bu gün prezident seçkilərində iştirak etmirlər və ya parlamentdə keçirilən seçkilərdə səs vermək hüququna malik deyillər. Amma belə bir hüququn verilməsi bu dərhal səslərin manipulyasiyasına və hətta seçki nəticələrinə də birbaşa təsir edə biləcək bir vəziyyətin yaranmasına gətirib çıxara bilər. Bu səbəbdən də, ABŞ -da miqrantlarla bağlı məsələ Avropanın bir sıra dövlətlərində də, miqrantların kompakt yaşadığı ərazilərdə mer seçkilərində və digər məsələlərə gedişata birbaşa olaraq təsir edə bilərlər.

Son zamanlar Avropa ölkələrində miqrantların mövcudluğu ona etiraz edən narazı əhalinin ayağa qalxmasına, meydanlara çıxmasına gətirib çıxardı. Yəni bu tərəfdən bir növ miqrantların varlığı həmin neqativ meyllərin və cəmiyyətdaxili gərginliklərin büruzə verməsinə səbəb olur. Miqrantlar əleyhinə son zamanlar geniş vüsət alan etirazların, bu səbəbdən qaynaqlandığını təxmin edə bilərik. İstənilən halda çox böyük miqrant axınları istənilən hökumət üçün müəyyən problemlərə səbəb olur. Çünki bu ölkələrəd sosial dəstək paketi proqramları mövcuddur”.

Azər Allahverənov

Azər Allahverənov bildirib ki, insanların hələ də Qərb ölkələri istiqamətində axını baş verir. Deputat qeyd edib ki, yaxın bir 25-30 il ərzində bu sayda kəskin artım müşahidə edilərsə, bu da təbii ki, nəzəri cəhətdən yox, artıq praktiki cəhətdən bir çox dövlətlər üçün əlavə problemlərə səbəb ola bilər: “Burada iqtisadi zəmində problemlər var. İdeoloji, siyasi, dini, yəni müxtəlif səpkilərdə problemlərin büruzə verməsinə gətirib çıxara bilər”.

Azər Allahverənov vurğulayıb ki, təqribən 300 milyona yaxın bu gün yer üzündə miqrant var və onların böyük bir hissəsi, məhz inkişaf etmiş ölkələrin ərazilərindədir, eyni zamanda onlar əsasən mənşə etibarilə inkişaf etməkdə olan dövlətlərdən gələn miqrantlardır.

“Nəticə etibarilə, bu qitələrarası geniş vüsət alan bir proses olmasa belə, miqrant axınları kifayət qədər çoxdur. Amerika qitəsinə baxdıqda, orada daha çox Amerika Birləşmiş Ştatlarına Meksikadan, Mərkəzi Amerika, Latın Amerikasından axın kifayət qədər çoxdur. Yəni orada daha çox qitələrarası axın baş verir. Amma Avrasiyada, Avropa ilə Afrika, Avropa ilə Asiya arasında baş verən miqrant axınları müşahidə edilməkdədir”-deyən deputat hesab edir ki, əsas məsələ yoxsulluq və münaqişələr miqrantları hərəkətə gətirən əsas amillərdir.

“Bu gün dünyanın inkişaf etmiş dövlətlərində artıq qanunsuz miqrantlarla mübarizə spektrinə daha çox miqrantların mənşə ölkəsində zəruri preventiv tədbirlərin və proqramların həyata keçirilməsində görürlər ki, bu mübarizə müəyyən mənada nəticə verə bilər. Amma daha çox miqrasiya axınları məhz inkişaf etmiş dövlətlər istiqamətində baş verir. Münaqişə ocaqlarının sayının kəskin şəkildə artması da, miqrantların hər zaman daha yaxşı həyat, daha təhlükəsiz şərait axtarışında olmasına səbəb olur. Onlar daha təhlükəsiz həyat axtarışı məqsədilə nisbətən sabit cəmiyyətlərə və dövlətlərə üz tuturlar”-deyə Azər Allahverənov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 06 Oktyabr 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see165

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see135

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri