Icma.az
close
up
RU
Miqrasiya hüquqlarının pozulması və müvəqqəti yaşamaq hüququ

Miqrasiya hüquqlarının pozulması və müvəqqəti yaşamaq hüququ

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


Miqrasiya hüquqları insanın sərbəst hərəkət etmək, ölkəyə giriş-çıxış etmək, sığınacaq və müvəqqəti yaşayış icazəsi almaq hüququnu əhatə edir. Bu hüquqlar beynəlxalq hüquq, eləcə də milli qanunvericilik tərəfindən qorunur. Lakin miqrasiya prosesi zamanı bir çox hallarda hüquqlar pozula bilər.
Miqrantlar müxtəlif hüquq pozuntuları ilə üzləşə bilirlər. Qeyri-qanuni deportasiya, Məhkəmə və inzibati prosedurların təmin olunmaması, Saxlanma şəraitinin qənaətbəxş olmaması, Sığınacaq və beynəlxalq qoruma hüququnun məhdudlaşdırılması, İş və əmək hüquqlarının pozulması, Qeydiyyat və sənədləşmə problemləri və.s
Miqrasiya hüquqlarının pozulması miqrantlar üçün ciddi təhlükələr yaradır və onların insan hüquqlarını məhdudlaşdırır. Bu pozuntuların qarşısını almaq üçün beynəlxalq və milli qanunvericilik mexanizmləri, məhkəmə prosedurları və hüquqi müdafiə vasitələri vacibdir. Miqrantlar hüquqlarını bilməli və pozuntu hallarında hüquqi müdafiədən istifadə etməlidirlər.
Müvəqqəti yaşayış icazəsi (MYİ), xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müəyyən müddət yaşamaq hüququ verən rəsmi sənəddir. Digər ölkə vətəndaşları və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycanda müvəqqəti yaşamaq istəyirsə belə olan halda müvəqqəti yaşayış icazəsi üçün Dövlət Miqrasiya xidmətinə müraciət etməlidir. Müvəqqəti yaşayış icazəsinə müraciət etmək üçün siz mütləq ölkədə olmalısınız. Müvəqqəti yaşayış icazəsi İş fəaliyyəti üçün, təhsil üçün, sığınacaq və humanitar səbəblər üçün, biznes fəaliyyəti üçün, azərbaycan vətəndaşı ilə evlənmiş şəxslər üçün və.s
Müvəqqəti yaşamaq icazəsi alan şəxslər Azərbaycan qanunlarına uyğun hüquqlara malikdir. Hər hansı pozuntu halında, məsələn, icazənin qanunsuz rədd olunması, inzibati problem və ya hüquq pozuntusu yaranarsa, şəxs Vəkil, Miqrasiya Xidməti, Ombudsman və ya məhkəməyə müraciət edə bilər.
Müvafiq icazə əsasında son 2 il ərzində fasiləsiz olaraq Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər daimi yaşayış icazəsinə müraciət edə bilərlər.Daimi yaşayış icazəsi 5 il müddətinə verilir. Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs qanunvericiliyə uyğun olaraq öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.
Esmira Rzayeva, vəkil
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 12 Noyabr 2025 08:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see199

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see165

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see156

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri