Miqrasiya Məcəlləsinə yüksəkixtisaslı miqrant anlayışı əlavə edilir
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Miqrasiya Məcəlləsinə "yüksəkixtisaslı miqrant" anlayışı əlavə edilir.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bununla bağlı təklif edilən dəyişikliklər parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.
Dəyişikliyə əsasən, "yüksəkixtisaslı miqrant" yüksəkixtisaslı mütəxəssislərin Azərbaycanda haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi imkanlarının genişləndirilməsi məqsədilə tətbiq edilən proqram çərçivəsində müraciətləri müsbət cavablandırılmış əcnəbilər vətəndaşlığı olmayan şəxslərdir.

Miqrasiya Məcəlləsinə yüksəkixtisaslı miqrant anlayışı əlavə edilir
04 Dekabr 2024 17:30

