Icma.az
close
up
RU
Miqrasiya nəzarəti sərtləşdi: Xərclər artdı

Miqrasiya nəzarəti sərtləşdi: Xərclər artdı

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiyada 2025-ci ildə qanunsuz xarici vətəndaşların ölkədən çıxarılması üçün ayrılan dövlət xərcləri kəskin şəkildə artıb. 

Yanvar–noyabr dövründə Rusiyanın regionları xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün nəqliyyat biletlərinin alınması məqsədilə federal büdcədən ümumilikdə 828,5 milyon rubl vəsait tələb edib. Bu məbləğ təxminən 10,4 milyon dollara bərabərdir və əvvəlki illə müqayisədə təxminən 30 faiz artım deməkdir.

"Cebheinfo.az" xəbər verir ki, Vedomosti qəzetinin məlumatına görə, 2024-cü ilin eyni dövründə regionların tələb etdiyi məbləğ 639,1 milyon rubl, yəni təxminən 8 milyon dollar təşkil edib. Analitiklərin fikrincə, 2025-ci ildə xərclərin artmasının əsas səbəbləri arasında qanunsuz miqrasiyaya qarşı nəzarətin sərtləşdirilməsi və nəqliyyat xərclərinin yüksəlməsi yer alır.

Bundan əlavə, bir çox regionlar artıq təkcə bilet alınması ilə kifayətlənməyərək müşayiət, tibbi dəstək və logistikanı da əhatə edən “xidmət paketləri” satın almağa başlayıb.

Xərclərin həcminə görə birinci yerdə Mərkəzi Federal Dairə qərarlaşıb. Bu bölgədə ümumilikdə 48 tender keçirilib və ümumi məbləğ təxminən 343 milyon rubla çatıb.

Şimal-Qərb Federal Dairəsində isə tenderlərin sayı azalmasına baxmayaraq, ümumi məbləğ demək olar ki, iki dəfə artaraq 206,8 milyon rubla yaxınlaşıb.

Mütəxəssislərin fikrincə, bu tendensiya miqrasiya siyasətindəki struktur dəyişiklikləri ilə birbaşa bağlıdır. 2025-ci ilin fevral ayından etibarən deportasiya qərarlarının əhəmiyyətli hissəsi məhkəmələrdən alınaraq Daxili İşlər Nazirliyinin regional bölmələrinə verilib. Bu addım prosesi sürətləndirsə də, fərdi hüquqların qorunması ilə bağlı yeni müzakirələrə yol açıb.

Nəqliyyat xərcləri də büdcəyə düşən yükü artıran əsas amillərdən biri kimi ön plana çıxır. 2025-ci ildə keçmiş Sovet məkanına həyata keçirilən uçuşların orta qiyməti 2,7 faiz artaraq 17 min 300 rubla, yəni təxminən 216 dollara yüksəlib. 

Bu mənzərə Rusiyada miqrasiya siyasətinin təkcə inzibati və hüquqi baxımdan deyil, eyni zamanda maliyyə baxımından da getdikcə daha baha başa gəldiyini göstərir.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Yanvar 2026 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see367

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see325

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see287

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see263

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see260

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see251

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see240

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see234

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see232

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see219

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see215

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see213

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see211

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see208

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see207

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see202

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see202

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see195

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see195

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri