Icma.az
close
up
RU
“Mir Cəlal Paşayev oğluna aldığı evi mənə verdi”

“Mir Cəlal Paşayev oğluna aldığı evi mənə verdi”

Icma.az bildirir, Olay.az portalına istinadən.

“Mir Cəlal Paşayev oğluna aldığı evi mənə verdi”

Xalq şairi Nəriman Həsənzadə Mir Cəlal Paşayevin ona bağışladığı mənzildən danışıb. 

OLAY yazır ki, bu barədə o, iş xanımı Ruhiyyə Əliyevanın təqdimatında RTV-də yayımlanan “Qaranlıqda həqiqət” layihəsində açıqlama verib.

O bildirib ki, görkəmli yazıçı Mir Cəlal Paşayev o evi oğlu, akademik Arif Paşayevə alsa da, ona hədiyyə edib:

“Mir Cəlal müəllim o evi oğlu Arif Paşayevə almışdı. Arif müəllimin həyat yoldaşı, iki qızı, ailəsi atası evində qalırdı. Maraqlıdır ki, Mir Cəlal müəllim o evi mənə verdi. Nəinki Mir Cəlal müəllim onun xanımı Püstə xanım Mehdi Hüseynin görüşünə gəlmişdilər.  Mehdi Hüseyn onda Yazıçılar İttifaqının sədir idi.  Dedi, Mehdi, bu evi Nərimana verirəm. Mehdi Hüseyn dedi ki, evin siyahısı təqdim olunub, gecdir. Dedi, istəyir gecdir, istəyir tez, bu evi Nərimana verirəm. Püstə xanım da xahiş etdi ki, Mehdi qardaş, bu evi Nərimana verin. Mir Cəlal müəllim oğluna aldığı evi mənə verdi. Oğlunu korporativə yazırdı. Qarşıma yaxşı insanla çıxdı. Mir Cəlal müəllim, sonra da Heydər Əliyev... Yaxşı insanların hesabına yaşadım”.

N. Həsənzadə həmçinin görkəmli türk şairi Nazim Hikmətlə tanışlığından da söz açıb:

“Nazim Hikmətin adını çəkdiniz, ona böyük hörmətim olub, qibtə etmişəm. Biz Moskvada oxuyanda Nazim Hikmətlə qonşu idik. Xəlil Rza Ulutürklə birgə oxuyurduq, Nazim Hikmətlə görüşürdük. Çox xeyirxah, mehriban insan idi. Bizi, Azərbaycanı sevirdi. Eşitdik ki, bir gün Nazim Hikmət Bakıya gəlir. Biz də Xəlillə həmin qatarla gəldik, öyrəndik onun vaqonunu, orada da görüşdük, gözəl söhbətlərimiz oldu. Bakıya gəldik, Nazim Hikmət mənə ev xahiş etdi, onun öz evi yoxuydu mənə ev aldı. Mən Nazim Hikmətin aldığı evdə qaldım, sonra da özü gəldi. Mənə Bakıda aldığı evin yerini tanımırdı, tanıdı. Bizə Nazim Hikmət gələndə hamı gəldi. Ora çoxları gəlmirdi, yazıçıların çoxu gəldi. Nazim Hikmət onda Vera adlı qadınla evlənmişdi. Ondan sonra Nazim Hikmətlə bağlı gözəl bir kitab yazdı. Onun dəfnində iştirak edənlərdən biri mən idim. Hər zaman oğlunu arzulayırdı. Oğlu dəfninə gəlmədi, Polşadaydı. Nəsə deyə biolmərəm niyə gəlmədi...”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://olay.az
archiveBu xəbər 09 Yanvar 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri