Icma.az
close
up
RU
“Miras” beynəlxalq forumu öz işinə başlayıb KONKRET

“Miras” beynəlxalq forumu öz işinə başlayıb KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

21 noyabr 2025-ci il tarixində Qazaxıstanın Çimkənd şəhərində “MIRAS” Beynəlxalq Türk Etnodizaynerləri Forumunun təntənəli açılış mərasimi keçirilib. Forum Türk Mədəniyyəti və İrsi Fondu və Çimkənd şəhəri Akimatının birgə əməkdaşlığı ilə təşkil olunub.

KONKRET.az-a Fonddan verilən məlumata görə, forum çərçivəsində “Türk geyimşünaslığı və ornament semiotikası” adlı beynəlxalq elmi-maarifləndirici konfrans baş tutub.

Forumun məqsədi türk dünyasının dekorativ-tətbiqi sənəti sahəsində yeni ideya və yaradıcı təşəbbüsləri dəstəkləyən müasir bir platforma formalaşdırmaq, zəngin mədəni irsi geniş şəkildə təbliğ etmək və gənclərin türk mədəniyyətinə marağını artırmaqdan ibarətdir.

 Beynəlxalq Forumun açılışında çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ənənəvi türk ornamentlərinin türk xalqlarının tarixi yaddaşını və mənəvi kimliyini yaşadan mühüm mədəni kod olduğunu xüsusi qeyd edib. O bildirib ki, ornament yalnız dekorativ element deyil, nəsildən-nəslə ötürülən müqəddəs semiotik sistemdir və bu mirası qorumaq və gənc nəslə çatdırmaq mühüm bir məsuliyyətdir.

Fondun prezidenti Aktotı Raimkulova “MIRAS” Forumunu ideyaların qovuşduğu, istedadların bir araya gəldiyi və milli incəsənətə yeni nəfəs gətirən güclü bir platforma kimi səciyyələndirərək Çimkənd Akimatına göstərdiyi dəstəyinə görə təşəkkürünü bildirib. İştirakçılara ilham, yaradıcılıq və əcdadlardan miras qalmış bu bənzərsiz irsin təbliği yolunda uğurlar arzulayıb.

 Çimkənd şəhərinin Akim müavini Kuranbek Sarseniniştirakı tədbirin əhəmiyyətini daha da artırıb və şəhər rəhbərliyinin türk dünyasının mədəni və yaradıcılıq irsinin təşviqinə verdiyi güclü dəstəyi bir daha nümayiş etdirib.

 Forum Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın aparıcı beynəlxalq elmi-tədqiqat institutları və tarixi-mədəniyyət mərkəzlərindən gəlmiş tədqiqatçıları, folklorşünasları, incəsənətşünasları, etnoqrafları və etnodizaynerləri bir araya gətirib.

Bununla yanaşı, magistrantlar, doktorantlar, eləcə də tanınmış dövlət və ictimai xadimlər də tədbirdə iştirak ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Noyabr 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see322

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see272

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see229

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see225

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see222

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see220

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see219

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see216

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see215

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see212

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see204

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see200

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see194

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see193

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see183

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see181

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see180

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see179

Yeni yaranan planet aşkarlandı

23 Sentyabr 2026 22:47see172

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri